Sentyabr 15, 2020

Ceyhun Bayramov: “Ermənistan rəhbərliyi bölgədə gərginliyin alovlanmasına xidmət edir”

Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib.

Xarici İşlər Nazirliyindən Kanal8-ə verilən xəbərə görə, Ceyhun Bayramov Azərbaycan və Fransa arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, ölkələrimiz arasında Azərbaycanın müstəqilliyini bərpa etməsinin ilk illərindən başlayaraq əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Yüksək səviyyəli səfərlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud olan mübadilə və təmasların qarşılıqlı faydalı əlaqələrimizin daha da genişlənməsinə böyük töhfə verdiyi qeyd olunub.

Səfir Zakari Qros Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Jan İv Lö Drianın səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. O, Fransanın Avropa və Xarici İşlər nazirinin Azərbaycanlı həmkarını Parisə rəsmi səfərə dəvət etdiyini bildirib.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar. Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, iqtisadi sahədə mövcud potensialdan tam istifadə olunması, o cümlədən Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyətinin əhəmiyyəti, eləcə də təhsil sahəsindəki uğurlu əməkdaşlığın Fransa-Azərbaycan Universiteti (UFAZ) timsalında uğurlu nümunəsini qeyd edərək bu xüsusda əlaqələrin gələcəkdə daha da genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Nazir Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransa səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə danışıqlar prosesinin Ermənistan tərəfinin nümayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dalana dirəndiyi qeyd olunub. Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsi təəssüflə vurğulanıb. İşğalçı Ermənistan ilə, ərazilərə 30 ilə yaxındır ki, işğal altında saxlanılan Azərbaycana tarazlı mövqe nümayiş etdirilməsinin düzgün olmadığı bildirilib. Həmçinin son zamanlar Ermənistanın geniş şəkildə silahlanmasının bu ölkənin yeni təxribatlarda maraqlı olduğunun göstəricisi olduğu vurğulanıb.

Səfir Zakari Qros Fransanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından ökəsinin də narazı olduğunu qeyd edib.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...