Sentyabr 15, 2020

DİN Balakəndə baş verən hadisə ilə bağlı rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Balakən rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar olaraq keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.

“Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə “avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar”, – Mətbuat Xidmətindən bildirilib.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...