PKK-nın Dağlıq Qarabağda yerləşməsi Azərbaycan kimi Türkiyənin də əsas probleminə çevrilir – Politoloq şərhi

“Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətdə olduğu illərdə Dağlıq Qarabağ separatçılarını himayə edərkən, bölgənin ağır demoqrafik problemini də həll etməyə çalışırdılar. Ancaq nə qədər çalışsalar da, buna müvəffəq ola bilmirdilər”.
Kanal8 xəbər verir ki, bu fikiri PKK-nın Dağlıq Qarabağa yerləşdirilməsi iddiasına cavab olaraq “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsələndirib.
Elxan Şahinoğlu bildirib ki, Ermənistandan nə o zaman, nə də indi heç kim Dağlıq Qarabağda yerləşmək istəmir:
“Buna səbəb Ermənistan vətəndaşları Dağlıq Qarabağ ətrafında hər an müharibənin başlanması ehtimalını yüksək qiymətləndirir və həyatlarını risqə atmaq istəmirlər. Ona görə də Ermənistanın keçmiş prezidentləri bu problemin yeganə həllini Yaxın Şərq ölkələrində yaşayan erməniləri işğal altındakı torpaqlara yerləşdirməkdə görürdülər. Ancaq bu istiqamətdə elə bir uğurları yox idi.
Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra sələflərindən daha Azərbaycana qarşı təxribatlarla yadda qalıb. Məhz Paşinyanın dövründə sərhəddə təxribatların, Şuşaya “gəlişlərin” və köçürülmənin miqyası artıb. Livanın paytaxtı Beyrutun dəniz limanındakı partlayışdan sonra İrəvan bu ölkədəki ermənilərə müraciət edərək onları Ermənistana, oradan da Dağlıq Qarabağa “dəvət” edib. Müflisləşən Livan ermənilərinin hazırda Dağlıq Qarabağa köçü davam edir. Onlara və Suriya ermənilərinə Dağlıq Qarabağda ev, bir qədər maliyyə vəsaiti və ev heyvanları verirlər ki, sosial problemlərini həll edə bilsinlər. Əgər keçmiş illərdə Ermənistanda dəyişən hakimiyyətlər Dağlıq Qarabağa köçü gizli həyata keçirməyə çalışırdılarsa, Nikol Paşinyan heç nəyi gizlətmir, bu siyasətini açıq şəkildə həyata keçirir, Dağlıq Qarabağa köçən ermənilərin görüntüləri internet vasitəsilə yayılır.
Nikol Paşinyanın köç təxribatı bununla kifayətlənmir. Hazırda terrorçu PKK təşkilatının üzvlərinin də işğal altındakı torpaqlara köçü haqqında məlumatlar var. Türkiyə ordusu və hava qüvvələri son aylarda İraq və Suriya ərazisində gizlənən PKK-ya öldürücü zərbələr vurur. Buna görə də terrorçu təşkilat gizlənməyə yeni məkan axtarır. Bu məkanlardan biri kimi də işğal altındakı Azərbaycan əraziləri seçilə bilər. PKK rəhbərliyi düşünür ki, bu yerdəyişmə ilə onlar özlərini Türkiyə ordusunun hücumlarından qoruya biləcəklər. Bu köçdən Ermənistan hakimiyyəti də öz məqsədləri üçün istifadə edərək, bölgədəki separatçıların gücünü artırmağa çalışacaq. PKK ilə erməni terrorçu ASALA təşkilatı aarsında əməkdaşlıq uzun illərdir davam edir. Yəni bir-birlərinə yad deyillər. PKK ilk dəfə deyil ki, ermənilərə yardım əlini uzadır№”.
Politoloq, PKK terrorçularının Azərbaycanın işğal altındakı ərazilərdə yerləşməsi bizim üçün yeni durum yaratdığını vurğulayıb:
“Rəsmi Bakı yeni yaranan təhlükəni beynəlxalq təşkilatlar vasitəsilə həll edə bilməyəcək. Heç bir beynəlxalq təşkilat PKK terrorçularının işğal altındakı bölgələrdə yerləşməsinə mane olmayacaq. Əksinə illərdir Türkiyəyə qarşı terror planlarında PKK-ya bu və ya digər şəkildə dəstək verən bir qisim dövlət terrorçuların Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşməsini bəyənəcək. Ona görə də beynəlxalq təşkilatlarda söz sahibi olan həmin dövlətlərdən Ermənistan + PKK cütlüyünə qarşı addım atacağını gözləməyə dəyməz. Əksi olsaydı, həmin dövltələr Livan ermənilərinin işğal altındakı toprpaqlarda yerləşməsinə qarşı bəyanat verərdilər. Halbuki, bu köç bölgədə müharibə ehtimalını daha da artırır. Minsk Qrupu həmsədrlərinin isə bu mövzuda nə bir bəyanatı, nə də bir cümləsi var.
PKK-nın işğal altındakı torpaqlarda yerləşməsi və ərazimizdə hərbi düşərgələr formalaşdırması gələcəkdə terrorçu təşkilatın Türkiyə ilə bərabər Azərbaycana qarşı da təxribatların baş verməsi ehtimalını artırır. Bu durum işğal altındakı torpaqların azad olunması məqsədilə Azərbaycanla Türkiyənin birgə hərbi əməliyyat keçirməsi üçün şərait yaradır. Çünki PKK-nın Dağlıq Qarabağda yerləşməsi Azərbaycan kimi Türkiyənin də əsas probleminə çevrilir”.
Digər xəbərlər
“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...
Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb
“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...
Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...
Qəzalı binalara dair müşavirə keçirilib
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...
İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb
İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...
DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək
Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...