Sentyabr 17, 2020

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb

Ötən gün sosial şəbəkələrdə bir qrup vətəndaşın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) inzibati binasına gəldiyi, lakin içəri buraxılmadığını əks etdirən video yayılıb. Videonu yayan şəxs iddia edir ki, vətəndaşların içəri daxil olmaması üçün zor tətbiq edilir.

Kanal8 xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, heç bir vətəndaşa agentliyin əməkdaşları tərəfindən zor tətbiq edilmir və edilə də bilməz. Bunu yayan şəxs və ya şəxslər bilərəkdən vətəndaşlara yalan və qərəzli informasiyalar verərək cəmiyyət arasında agentliyin nüfuzunu aşağı salmaq istəyir.

“Bir daha qeyd edirik ki, agentliyin inzibati binasına gələn hər bir vətəndaşa hazırki pandemiya şəraitində vətəndaşların fərdi və qrup halında qəbulunun qadağan olunduğu barədə izahat verilir. Belə ki, vətəndaşlar onları narahat edən məsələlərlə bağlı 24 saat fəaliyyət göstərən “Qaynar xətti”mizə (012-599-79-75) zəng edib və ya məktubla “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə” ünvanına müraciət edib onları narahat edən məsələləri qeyd edə bilərlər.

Lakin təəssüflər olsun bəzi vətəndaşlar hazırki şəraiti nəzərə almadan yenə də agentliyin inzibati binasının yerləşdiyi əraziyə gəlir, binaya daxil olmağa cəhd edir, buna nail olmadıqda isə bilərəkdən səs-küy yaratmağa çalışırlar.

Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, hazırki pandemiya şəraitini nəzərə alsınlar və bu şəraitə uyğun tətbiq edilmiş qaydalara hörmətlə yanaşsınlar”, – deyə qurum bəyan edib.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...