Sentyabr 17, 2020

“BakıKart”ın onlayn ödəmə sisteminə keçidin ləngiməsilə bağlı RƏSMİ açıqlama

Bakıda ictimai nəqliyyatda ödəniş kartlarının balansının onlayn artırılması ilə bağlı görülən tədbirlər ləngiyir. Belə ki, bu ilin birinci yarısında artıq onlayn ödəmə sisteminin tətbiqinə keçid planlaşdırılsa da, pandemiya səbəbindən proses yubanıb.

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu proses pandemiyadan sonra reallaşacaq: “Bu gün “BakıKart”ın balansının artırılması ilə bağlı sərnişinlərimizin rastlaşdığı çətinliklər bizə də məlumdur və bu hal onlar qədər bizi də narahat edir. Onlayn ödəmə sisteminin olmasının zəruriliyini bilirik və bu istiqamətdə mümkün olan bütün addımları atırıq. Sizə də məlumdur ki, pandemiyadan doğan müəyyən obyektiv səbəblər var. Bu işdə əməkdaşlıq etdiyimiz şirkətin mütəxəssisləri xarici ölkə vətəndaşlarıdır və onlar karantin səbəbindən Bakıda deyillər. Mümkün olduğu qədər işlər onlayn formatda aparılır. Bizim planımız onlayn ödəmə sistemlərinin bu ilin birinci yarsına qədər işə salmaq idi. Amma qeyd etdiyim kimi, bizdən aslı olmayan məqamlar ortaya çıxdı”.

M.Ağayev bildirib ki, hazırda Bakıda ümumilikdə 396 ədəd ödəmə terminalı mövcuddur. Bu terminallardan 148-i Bakı Metropoliteni stansiyalarında yerləşir ki, bunların da hamısı “BakıKart”a aiddir: “Eyni zamanda, avtobus dayanacaq məntəqələrində “BakıKart”a məxsus 51 ödəmə terminalı var. Sərnişinlərin rahatalığı nəzərə alınaraq “BakıKart” sisteminin inteqrasiya olunduğu “MilliÖn” terminallarının sayı isə 197-dir. Son vaxtlar artan tələbatı nəzərə alaraq bəzi ərazilərdə kartın balansını artırmağa imkan verən pos-terminallar da qoyulur. Bu pos-terminallar əsasən “BakuBus” avtobuslarının xidmət göstərdiyi ətraf kənd və qəsəbələrdə hamı tərəfindən tanınan və 24/7 saat işləyən dükanlarda qoyulur. Məsələn Mərdəkan, Bakıxanov, Qaraçuxur qəsəbələrində bu cür terminallar quraşdırılıb. Həmçinin, bildirim ki, ödəmələrin daha rahat olması üçün ən optimal həll variantı nağdsız ödəniş sistemlərinin olmasıdır. Bu istiqamətdə də tərəfimizdən zəruri addımlar atılır”.


Digər xəbərlər


Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır

Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qİda Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yay...

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb. Kanal8 xəbər verir ki, bunu şirkətin Müşahidə...

Bu şəxslərin də müavinət alması təklif edilib

Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin ve...

Qızılın qiyməti rekord səviyyəyə çatıb

Qızıl bahalaşmaqda davam edir. Qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub. Bank ekspertlər...

Bu məhsullar bahalaşıb - Siyahı

2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütü...

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığort...

Xankəndi və Şuşada əmək yarmarkaları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Xankəndi və Şuşa şəh...

Bu təqaüdlər 14 faiz ARTIB

Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüd...