DİN-dən sosial şəbəkədə canlı yayım açan şəxslə bağlı AÇIQLAMA

Dünən İlkin Muradov adlı şəxs “Facebook” sosial şəbəkəsindəki səhifəsində yaşadığı Füzuli rayonunun Qayıdış qəsəbəsindən canlı yayım açaraq, idarə etdiyi avtomobilin əsassız olaraq polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirildiyini, özünün isə rayon Polis Şöbəsinə aparıldığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu baş vermiş hadisəyə aydınlıq gətirib.
“İlkin Muradov anası Gülfüyyə Əliyeva ilə birlikdə yaşayır. Dəfələrlə anası DİN-in “102 – Zəng Mərkəzi”nə və Füzuli Rayon Polis Şöbəsinə müraciət edərək, oğlu tərəfindən döyüldüyünü bildirib.
Onunla aparılan profilaktiki söhbətlər zamanı İlkinin psixi durumunun yerində olmadığı, əsəb gərginliyindən əziyyət çəkdiyi açıq-aşkar hiss olunub. Ona görə də 2019-cu ilin fevral ayının 25-dən ailə münaqişəli ailə kimi qeydiyyata götürülərək profilaktiki tədbirlər aparılıb. Lakin bütün bunlardan nəticə çıxarmayan İlkin anasını döyməkdə davam edib. Məhz anasının şikayəti əsasında o, bu il yanvarın 13-də məhkəmənin qərarı ilə 20 gün, mayın 5-də isə 30 gün inzibati qaydada həbs olunub.
Sentyabrın 14-də İlkin Muradovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilib. İki gündən sonra anası Gülfüyyə Əliyeva yenidən “102 – Zəng Mərkəzi”nə müraciət edərək oğlu İlkin tərəfindən döyüldüyü bildirib. Onların hər ikisi RPŞ-yə dəvət olunub. Lakin sonradan ana oğlunun bağışlanması üçün ərizə yazıb.
Odur ki, belə psixi pozğunluğu olan, doğmaca anasını döyən birisinin nə danışığına, nə də iddialarına inanmaq, dediklərini ciddiyə almaq sadəlövlük olardı”, – Mətbuat Xidmətindən bildirib.
Digər xəbərlər
“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...
Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb
“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...
Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...
Qəzalı binalara dair müşavirə keçirilib
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...
İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb
İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...
DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək
Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...