Sentyabr 17, 2020

İran-Azərbaycan sərhədində atışma: ölən var

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, 2020-ci ilin 17 sentyabr tarixində külli miq­darda narkotik vasitənin qa­çaq­­malçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.DSX-nin Sərhəd Qo­şun­larının “Horadiz” sərhəd dəs­tə­sinin Beyləqan ra­yonunun 2-ci Şahsevən kəndi ya­xınlığındakı sərhəd zas­tavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sər­hədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olun­muşdur. Sər­həd po­zucularının əllərində silah və yüklərin olması mü­şahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılmış­dır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sər­həd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə ye­rində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olma­sından istifadə edərək geri qaçıb.

Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib.

Sərhəd pozu­cuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sər­həd zas­ta­va­sı­nın mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhəd­boyu zolağa daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılmış, üzərində sərhəd pozu­cu­larına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol işkiləri aşkar olunub.

Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...