Sentyabr 18, 2020

Pensiya alanlara ŞAD XƏBƏR: Artım olacaq – VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində”əmək pensiyaları haqqında qanuna dəyişiklik” layihəsi hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihəpensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına şərait yaradacaq. Nəzərdə tutulan dəyişikliklərdən biri pensiyaçıların öz pensiya növünü dəyişdirməyə qoyulan məhdudiyyətin aradan qalxması ilə bağlıdır.Bundan əlavə yeni layihədə ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxsözününpensiya haqqından imtina edərək başqa bir pensiya və sosial müavinətə keçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürülür.

Pensiyaların hesablanması qaydası da asanlaşdırılır. Yeni layihə qəbul olunduqdan sonra pensiyaçılar işdən çıxdıqda və ya 6 il işləməyə davam etdikdə onların topladıqları pensiya kapitalının yenidən hesablararaq pensiyalarına əlavə olunması üçünmüvafiq sənədləri təqdim etmələrinə ehtiyac qalmayacaq.

Yenidən hesablanma proaktiv qaydada həyata keçiriləcək, vətəndaşa pensiyasının nə qədər artması və nə vaxtdan ödənilməyə başlayacağı onun mobil telefonuna və ya ünvanına göndəriləcək. Qeyd edək ki, yeni qanun layihəsi sonhazırlıq mərhələsi yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq. (baku.ws)


Digər xəbərlər


Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır

Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qİda Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yay...

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb. Kanal8 xəbər verir ki, bunu şirkətin Müşahidə...

Bu şəxslərin də müavinət alması təklif edilib

Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin ve...

Qızılın qiyməti rekord səviyyəyə çatıb

Qızıl bahalaşmaqda davam edir. Qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub. Bank ekspertlər...

Bu məhsullar bahalaşıb - Siyahı

2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütü...

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığort...

Xankəndi və Şuşada əmək yarmarkaları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Xankəndi və Şuşa şəh...

Bu təqaüdlər 14 faiz ARTIB

Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüd...