Təhsil Nazirliyindən ittihamlara CAVAB

“Sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir”.
Təhsil Nazirliyindən Kanal8-ə verilən məlumata görə, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək.
2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.
Sentyabrın 15-dən ölkəmizdə 2020-2021-ci tədris ilinə start verilib. Pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.
Digər xəbərlər
“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...
Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb
“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...
Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...
Qəzalı binalara dair müşavirə keçirilib
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...
İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb
İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...
DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək
Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...