Sentyabr 19, 2020

İlham Əliyev: “Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır”

“Bu, doğrundan da çox əhəmiyyətli hadisədir. Çünki faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq və beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır”.

Kanal8 xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, “Abşeron” yatağının tarixi bir qədər fərqlidir: “Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz rezervləri vardır… Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyu boş çıxdı. Xatırlayıram o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar”.

Azərbaycan Prezidenti vurğulayıb ki, burada çox böyük qaz ehtiyatları var: “Ancaq yenə də deyirəm, bizdə tam əminlik var idi ki, burada çox böyük qaz ehtiyatları vardır və şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər də imzalandı və ondan sonra praktiki işlər aparıldı və böyük qaz kondensat yatağı aşkarlandı və deyə bilərəm ki, bu önəmli hadisə ilə əlaqədar yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir və beləliklə bu gün bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi”.

Prezident İlham Əliyev qeyd edib ki, bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var: “Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...