Oktyabr 29, 2020

COJEP təşkilatından azərbaycanlıların qətliamı ilə bağlı hesabat

Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı hesabat hazırlayıb.

Hesabatın əvvəlində Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi regionda ən uzun sürən (təxminən 30 il) münaqişədir. Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan tərəfindən işğal edilib. Münaqişə Dağlıq Qarabağ regionunda və ətraf 7 rayonda yaşayan bir milyondan çox azərbaycanlının həyatına mənfi təsir göstərib, sosial, iqtisadi və humanitar problemlər yaradıb. Qeyd edilən 7 rayon Dağlıq Qarabağ regionuna daxil deyil. Dağlıq Qarabağ regionunun ümumi ərazisi 4400 kvadratkilometrdir. Ətraf 7 rayonun ümumi ərazisi isə bundan demək olar ki, 3 dəfə böyükdür – 11000 kvadratkilometrdir. Məcburi köçkünlərin 90 faizdən çoxu həmin 7 rayondandır. Dağlıq Qarabağ regionundan qovulan azərbaycanlıların sayı isə 86 mindir.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə dair dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunur.

Hesabatda bildirilir ki, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə xətti boyunca genişmiqyaslı təxribata başlayıb. Ermənistan silahlı qüvvələri intensiv şəkildə yaşayış məskənlərini, tarixi və mədəni tikililəri, strateji əhəmiyyət daşıyan obyektləri, cəbhə bölgəsindən uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı əraziləri ağır artilleriyadan, raket sistemlərindən və qadağan olunmuş silahlardan atəşə tuturlar.

BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də qeyd edilir ki, mülki əhalinin, xüsusilə qadınların və uşaqların hücumlara məruz qalması qadağandır. Bütün ölkələr 1925-ci il tarixli Cenevrə Protokoluna və 1949-cu il tarixli Cenevrə Konvensiyalarına, hərbi münaqişələr zamanı insan hüquqlarına hörmət edilməsi, xüsusilə qadınların və uşaqların qorunmasının təmin olunması ilə bağlı digər sənədlərə əməl etməlidirlər.

Hesabatda sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və rayonların Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalması ilə bağlı faktlar və rəqəmlər, fotolar əks olunub.

Hesabatın tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:http://cojep.com/wp-content/uploads/2020/10/COJEP-Int.-Report-Azerbaidjan-Armenia-2020-oct..pdf


Digər xəbərlər


Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib — VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislo...

İlham Əliyev və Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində...

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

Mayın 15-də Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. Kanal8 xəbər verir ki, Azərbaycan Resp...

Qəbələdə yeni körpü və avtomobil yolu istifadəyə verilib

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abr...

İlham Əliyev və Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gə...

Gəncə Hava Limanı uçuşları bərpa edib

Gəncədə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Aeroportdan ilk reys ötə...

Ötən gecə İsrailə 200-dən çox raket atılıb

Ötən gecə Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıbBu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, d...

Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı yeni AÇIQLAMA

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Ermənistan və Azərbaycan tərəfdən sərhəd xəttində atəşkəsə əməl olunmasını və nəqliyyatı...