Oktyabr 29, 2020

Ermənilər döyüşə getmək istəməyən hərbçilərini həbslə hədələyir

Erməni hərbçilər döyüşlərə getməkdən imtina edir.

Müdafiə Nazirliyindən Kanal8-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib. Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbiçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.

Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib.

Həmçinin, Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat verilib. Həmin hərbi qulluqçuların yenidən mövqelərinə qaytarılması ilə bağlı görülən tədbirlər isə nəticəsiz qalıb.


Digər xəbərlər


Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib — VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislo...

İlham Əliyev və Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində...

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

Mayın 15-də Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. Kanal8 xəbər verir ki, Azərbaycan Resp...

Qəbələdə yeni körpü və avtomobil yolu istifadəyə verilib

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abr...

İlham Əliyev və Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gə...

Gəncə Hava Limanı uçuşları bərpa edib

Gəncədə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Aeroportdan ilk reys ötə...

Ötən gecə İsrailə 200-dən çox raket atılıb

Ötən gecə Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıbBu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, d...

Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı yeni AÇIQLAMA

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Ermənistan və Azərbaycan tərəfdən sərhəd xəttində atəşkəsə əməl olunmasını və nəqliyyatı...