Oktyabr 30, 2020

Bərdədəki terrorla bağlı dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciət edilib

Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Bərdə şəhərində 27 və 28 oktyabr 2020-ci il tarixlərində mülki əhaliyə qarşi ermənistanin hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktlari ilə bağlı dünya ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib.

Konstitusiya Məhkəməsindən Kanal8-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Belə ki, Ermənistan silahlı qüvvələri hərbi cinayətlərini davam etdirərək, beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kaset bombalarından istifadə etməklə, oktyabrın 27-də Bərdə şəhərini müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutmuş, vurulan raket zərbələri nəticəsində 4 nəfər dinc sakin həlak olmuş, 13-ə yaxın insan yaralanmışdır.

Oktyabrın 28-də isə Bərdə şəhərinə Ermənistan tərəfindən yenidən vurulan raket zərbələri nəticəsində 21 nəfər dinc sakin həlak olmuş, 70-ə yaxın insan yaralanmışdır.

Oktyabrın 27 və 28-də törədilmiş həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar var. Mülki infrastruktura ciddi ziyan dəymişdir.

Döyüş zonasından 40 km məsafədə yerləşən Bərdə şəhərinə iki gün ardı-ardına raket zərbələrinin endirilməsi nəticəsində mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.

Ümumiyyətlə, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif şəhərlərində 90 mülki şəxs həlak olmuş, 392 nəfər yaralanmışdır.

Dinc əhaliyə qarşı törədilən bu terror aktları bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarının, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanın, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir.

Biz dünyanın bütün konstitusiya ədalət mühakiməsi orqanlarını, Ermənistan hökumətinin qadağa edilmiş silahlardan istifadə edərək beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi və qeyri-insani cinayət əməllərini və qəddar işğalçı siyasətini qınamağa çağırırıq.


Digər xəbərlər


TƏBİB: Məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir

«Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və...

Dmanisidəki insidentə görə 8 nəfər saxlanılıb — RƏSMİ

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Kanal8-ə...

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi koman...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti y...

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi...

Gürcüstanın DTX rəisindən Dmanisidəki insidentlə bağlı AÇIQLAMA

«Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb». Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis...

DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verib

Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın ...

Bəzi fermerlər dövləti aldatmaq istəyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı ...