Noyabr 2, 2020

“DAVAM” Ümumrespublika Gənclər Hərəkatı təsis edilib

Bu gün baş tutan brifinqdə bununla bağlı ölkə ictimaiyyətinə məlumat verilib.

Nihad Allahyarlı, Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rəsul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlının təşəbbüsü ilə ərsəyə gələn Təşəbbüs Qrupunun əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.

Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda bir istiqamət üzrə təmsil edir. Belə ki, Nihad Allahyarlı ictimai-siyasi sahədə fəal olan gənclərimizin, Natiq Mehdiyev ölkəmizin suverenliyi uğrunda canını qurban edən şəhid və qazilərimizin, Sara Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin, Reyhan Camalova innovativ ideyalı startupçılarımızın, Sabir Rüstəmov beynəlxalq arenada fəal olan gənclərimizin, Rəsul Çunayev gənc idmançı və çempionlarımızın, Məhəmməd Türkmən gənc jurnalistlərimizin, Nərmin Knyazlı isə sosial mediyada fəal olan bloqerlərimizin təmsilçisidir.
Təşəbbüs Qrupunun üzvləri bəyan etdilər ki, verilən yekdil qərara əsasən “DAVAM” Ümumrespublika Gənclər Hərəkatına rəhbərlik Nihad Allahyarlıya həvalə edilib.


Digər xəbərlər


Azərbaycan MN: Rusiya sülhməramlılarının Xankəndində təntənəli sıra düzülüşü planlaşdırılır

“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı...

MAXE olmaq istəyənlərə kurslar keçirilir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən əsgər və kursantlar Silahlı Qüvvələrin Təlim və...

Azərbaycanda 1 həftəlik tətil başlayır

Mayın 9-dan Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır. Tətil mayın 16-dək davam edəcək.Qeyd edək ki, Ramazan bayramı ilə əlaqəd...

Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq

Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin ...

Yol polisinin bu şöbələri bayram günlərində də işləyəcək

Daxili İşlər Nazirliyi əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, yol polisinin qeydiyyat-imtahan və texniki baxı...

ASF qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara müraciət edib

Aqrar Sığorta Fondu (ASF) son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğ...

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, me...

Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilib

Bu barədə Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şə...