Noyabr 3, 2020

Zelenski Bakıya silah satışı ittihamlarına kəskin cavab verib

Ukrayna Prezidenti Vladimir Zelenski kinorejissor Sarik Andreasyanın Ukraynanın Dağlıq Qarabağda döyüş əməliyyatları aparan Azərbaycana guya hərbi yardım göstərməsi barədə ittihamlarına münasibət bildirib. O, Rusiya feyklərini yaymamağı xahiş edib.

Kanal8 AzərTac-a istinadən xəbər verir ki, Ukrayna dövlətinin başçısı öz mövqeyini Telegram-kanalda şərh edib.

Prezident Zelenski qeyd edib ki, Ukrayna heç vaxt və heç yerə heç bir fosforlu bomba göndərməyib. O yazıb: “Belə əsassız şayiələrin yayılması ilk dəfə deyil. Əvvəlcə Ukrayna haqqında və Donbasda müharibə barədə belə yalanlar deyirdilər. Sonra Ukrayna və Suriyada müharibə barədə eyni yalanlar yayıldı. İndi bu vəziyyət Dağlıq Qarabağda müharibə kontekstində əmələ gəlib. Bütün bunları edən eyni adamlardır”.

Kinorejissorun belə bir bəyanatla çıxış etməsindən hiddətlənən Zelenski bəyan edib ki, Ukrayna heç vaxt münaqişənin eskalasiyasının tərəfdarı olmayıb. O yazır: “Müharibə Ukraynaya gələndə, bizim uşaqlarımız həlak olanda sən harada idin? Erməni mənşəli Ukrayna vətəndaşları həlak olanda, — belələri isə bir və ya iki nəfər deyil, onlarcadır, — şəxsən sən təcavüz əleyhinə nə demisən? Heç nə? Başa düşürəm. Ona görə ki, bu, sənin müharibən deyildi! Bu gün isə qorxuya düşmüsən, çünki bu dəhşət sənin də evinə gəlib”.


Digər xəbərlər


Azərbaycan MN: Rusiya sülhməramlılarının Xankəndində təntənəli sıra düzülüşü planlaşdırılır

“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı...

MAXE olmaq istəyənlərə kurslar keçirilir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən əsgər və kursantlar Silahlı Qüvvələrin Təlim və...

Azərbaycanda 1 həftəlik tətil başlayır

Mayın 9-dan Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır. Tətil mayın 16-dək davam edəcək.Qeyd edək ki, Ramazan bayramı ilə əlaqəd...

Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq

Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin ...

Yol polisinin bu şöbələri bayram günlərində də işləyəcək

Daxili İşlər Nazirliyi əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, yol polisinin qeydiyyat-imtahan və texniki baxı...

ASF qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara müraciət edib

Aqrar Sığorta Fondu (ASF) son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğ...

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, me...

Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilib

Bu barədə Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şə...