Noyabr 4, 2020

Ermənistan Tərtərə fosforlu bomba atıb

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə edib.

ANAMA-nın əməkdaşı Mədət Məmmədov bildirib ki, Tərtər rayonunun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamayıb: «Bu gün səhər 102 «Qaynar xətti»nə daxil olan məlumat əsasında əraziyə baxış keçirilib və bir ədəd partlamamış ağ fosforlu top mərmisi aşkarlanıb. 122 millimetrlik mərmilərin içərisində 3 kiloqram 800 qram ağ fosfor var. Mərmilər partlayıcı mexanizmlərindəki nasazlıq səbəbindən düşərkən partlamayıb.

Fosforlu top mərmiləri partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Qeyd edək ki, fosforlu bombadan istifadənin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər var. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib. Bundan başqa, müharibə qurbanlarının qorunması haqqında 1949-cu il Cenevrə konvensiyaları və əlavə protokollar, «Adi silahların konkret növləri haqqında konvensiyaya» III protokol (1980) — həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi silahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya var. Həmin sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə, ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silah tətbiq etməklə hücum qadağandır. Ermənistanın bu silahdan istifadə etməsi mülki Azərbaycan əhalisinə qarşı terror, təxribat və mümkün qədər çox qırğın törətmək məqsədi daşıyır».


Digər xəbərlər


Bakı məktəblərində koronavirusla bağlı son durum

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 3 nəfər şagirddə 37 dərəcədən artıq hərarət aşkar olu...

Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir — FƏRMAN

Prezident İlham Əliyev «Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» fərman imzalay...

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir — XİN

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. ...

Bu günə olan statistika bəlli olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb. Nazi...

Nazirlik rəsmisi fermerlərə çağırış edib

“Taxıl biçildikdən sonra fermerlərin həmin əraziləri yandırması halları olur. Bununla bağlı mütəmadi olaraq maariləndirmə işləri aparılır”. Ka...

Güləşçimiz erməni rəqibini məğlub edib

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Kanal8 xəbər verir ki, çempionat...

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırılıb

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Kanal8...

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq...