Noyabr 4, 2020

Lavrovdan Qarabağla bağlı AÇIQLAMA

Danışıqlar formatı, o cümlədən onun genişlənməsi, dəyişikliklər və.s ilə bağlı bir çox təkliflər var. Bu mövzu həmçinin Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə müzakirə olunub.

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov «Kommersant» nəşrinə müsahibəsi zamanı bildirib.

«Problemin hərbi yolla həllinin mümkünlüyü mövqeyini dəstəkləmədiyimizi gizlətmirik. Həm erməni, həm də Azərbaycan xalqına dost və qardaş xalq kimi baxaraq, biz bu cür fikirləri bölüşə bilmərik. Rusiya, ABŞ və Fransa prezidentləri yalnız siyasi tənzimləmənin lehinə çıxış ediblər. Məhz bu həmsədrlər «üçlüyü» konfliktin aradan qaldırılması üçün hər kəs tərəfindən tanınan vasitəçilik formatıdır», — deyə S.Lavrov bildirib.

S.Lavrov bildirib ki, Rusiya problemin həlli üçün bütün tərəfdaşlarla, o cümlədən tərəflərin qonşu dövlətlərlə işləmək mövqeyindən çıxış edir.

«Rusiyanın XİN rəhbəri həmçinin Rusiya rəsmilərinin Ankaranın yürütdüyü siyasətə müsbət yanaşması ilə bağlı suala da cavab verib.

Moskva və Ankara çevik, praqmatik bir yanaşma göstərməyi bacaran və bir-biri ilə qarşılıqlı əlaqə zamanı strateji baxışları rəhbər tutan tərəfdaşlardır.

Rusiya və Türkiyə ən müxtəlif regionlarda böhranların tənzimlənməsi üzərində gərgin işləyirlər. Suriyadakı qarşılıqlı fəaliyyətimiz rus və türk diplomatlar, hərbçi və xüsusi xidmət orqanları arasında işgüzar,maraqların qarşılıqlı nəzərə alınmasına əsaslanan əməkdaşlığın aşkar nəticəsi olaraq qalır. İranla birlikdə bu gün ən uyğun tənzimləmə mexanizmini — Astana formatını yaratmağı bacardıq. İdlib və Fərat kimi problemli bölgələrdə Rusiya-Türkiyə ortaq patrul dəstələri yaradıldı, terror qruplarının zərərsizləşdirilməsi istiqamətində işlər aparılır və suriyalı qaçqınların vətənlərinə qayıtması üçün lazımi şərait yaradılır.

Tripoli, Tobruk və Liviyadakı digər güc mərkəzlərində mövcud təsir rıçaqlarından istifadə edərək, ölkələrimiz BMT-nin himayəsi altında uzanan kəskin böhrandan çıxmaq və hərtərəfli Liviyadaxili dialoq qurmaq üçün şərait yaratmağa kömək edir.

Dağlıq Qarabağ məsələsində vəziyyət kökündən fərqlidir, bunu əvvəlki sualların cavabında qismən dedim. Təkrar edirəm: gizlətməmişik və gizlətmirik ki, problemin güc yolu ilə həllini dəstəkləmirik, hərbi fəaliyyətlərin tezliklə başa çatması üçün çalışırıq.

Tərəflər kimi, həm də onların bütün xarici tərəfdaşlarının da atəşkəsə dair müqavilələrə, nəzarət mexanizminin yaradılmasına və müəyyən bir cədvəllə məzmunlu danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməsi vacibdir. Davamlı atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsir gücümüzdən istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin gələcək inkişafını dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa razı salmaq üçün türk tərəfdaşlarımızla birlikdə çalışacağıq», — S.Lavrov bildirib.


Digər xəbərlər


Azərbaycan MN: Rusiya sülhməramlılarının Xankəndində təntənəli sıra düzülüşü planlaşdırılır

“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı...

MAXE olmaq istəyənlərə kurslar keçirilir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən əsgər və kursantlar Silahlı Qüvvələrin Təlim və...

Azərbaycanda 1 həftəlik tətil başlayır

Mayın 9-dan Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır. Tətil mayın 16-dək davam edəcək.Qeyd edək ki, Ramazan bayramı ilə əlaqəd...

Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq

Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin ...

Yol polisinin bu şöbələri bayram günlərində də işləyəcək

Daxili İşlər Nazirliyi əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, yol polisinin qeydiyyat-imtahan və texniki baxı...

ASF qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara müraciət edib

Aqrar Sığorta Fondu (ASF) son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğ...

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, me...

Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilib

Bu barədə Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şə...