Noyabr 4, 2020

Paytaxtın Mirəli Qaşqay küçəsi əsaslı təmir edilir — FOTO

2020-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentlikdən bildirilib ki, bu çərçivədə Nəsimi rayonu ərazisində genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı təmir olunmadan istismar edilən, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.

Hazırda əsaslı təmir işləri rayonun Mirəli Qaşqay küçəsində davam etdirilir. Əsaslı şəkildə yenidən qurulan küçənin uzunluğu 2,3 kilometr, eni isə ortalama 8 metr təşkil edir.

Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlib. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərib.

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir.

Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun ardınca küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.

Artıq küçənin 1,4 kilometrlik hissəsində təmir-tikinti işlər yekunlaşıb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra küçə boyu zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkiliş işləri aparılacaq.


Digər xəbərlər


Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib — VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislo...

İlham Əliyev və Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində...

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

Mayın 15-də Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. Kanal8 xəbər verir ki, Azərbaycan Resp...

Qəbələdə yeni körpü və avtomobil yolu istifadəyə verilib

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abr...

İlham Əliyev və Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gə...

Gəncə Hava Limanı uçuşları bərpa edib

Gəncədə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Aeroportdan ilk reys ötə...

Ötən gecə İsrailə 200-dən çox raket atılıb

Ötən gecə Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıbBu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, d...

Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı yeni AÇIQLAMA

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Ermənistan və Azərbaycan tərəfdən sərhəd xəttində atəşkəsə əməl olunmasını və nəqliyyatı...