Noyabr 5, 2020

Azad edilən ərazilərdə dövlət və özəl sektor tərəfdaşlığı mümkün olacaq

Azad edilən ərazilərdə dövlət və özəl sektor tərəfdaşlığı mümkün olacaq
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri “5-ci İstanbul Dövlət-Özəl Tərəfdaşlığı Həftəsi – 2020” beynəlxalq tədbirində iştirak edib.

Agentlikdən verilən məlumata əsasən, tədbir 2-5 noyabr tarixlərində İstanbul Dövlət və Özəl Sektor Tərəfdaşlığı (DÖST) üzrə Kamillik Mərkəzinin təşkilatçılığı və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) dəstəyi ilə təşkil edilib.

Onlayn formatda “Dövlət-Özəl Tərəfdaşlığının birlikdə yenidən formalaşdırılması” mövzusunda keçirilən tədbirdə 40-dan çox ölkənin infrastrukturun inkişafı üzrə və DÖST sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də müvafiq sektor üzrə peşəkar mütəxəssislər, akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində KOBİA-nın DÖST İnkişafı Mərkəzi tərəfindən ölkə təqdimatı keçirilib.

Həmçinin, tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatına cavab olaraq ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan azad olunmuş rayonlarda dağıdılmış ictimai infrastrukturun yenidən qurulması üçün DÖST modelindən istifadənin mümkünlüyü diqqətə çatdırılıb.


Digər xəbərlər


TƏBİB: Məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir

«Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və...

Dmanisidəki insidentə görə 8 nəfər saxlanılıb — RƏSMİ

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Kanal8-ə...

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi koman...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti y...

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi...

Gürcüstanın DTX rəisindən Dmanisidəki insidentlə bağlı AÇIQLAMA

«Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb». Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis...

DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verib

Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın ...

Bəzi fermerlər dövləti aldatmaq istəyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı ...