Noyabr 6, 2020

«Qarabağın məşhur müəllimləri» — Bülbül

Təhsil Nazirliyinin «Qarabağın məşhur müəllimləri» layihəsinin növbəti tarixi siması Bülbüldür.

Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan professional vokal sənətinin banisi, professor, ictimai xadim Bülbül böyük və gərgin yaradıcılıq yolu keçib.

Çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan Bülbül 1931-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası) dərs deyib, 1940-cı ildən isə həmin təhsil ocağının professoru olub. O, milli oxuma sənətinin ən layiqli üsullarını rus və Avropa məktəbi ilə birləşdirərək yeni vokal məktəbi yaradıb. Bu məktəb nəinki Azərbaycanda, keçmiş SSRİ məkanında, həmçinin Yaxın və Orta Şərq ölkələrində də vokal sənəti sahəsində öz mühüm təsirini göstərib. Bülbülün bütün əmək fəaliyyəti vətəninə, xalqına, milli musiqi sənətinə fədakarlıqla xidmət etməyin ən bariz nümunəsidir. O, doğma dilinə böyük önəm verərək deyirdi: “Öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

Qeyd edək ki, «Qarabağın məşhur müəllimləri» layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.


Digər xəbərlər


Leyla Əliyevanın şeir toplusunun təqdimat mərasimi keçirilib

Aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız v...

Ələsgər Ələkbərovun anadan olmasından 111 il ötür

Adı sənət tariximizin qızıl fondunu bəzəyən görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələsgər Ələkbərovdan söz düşəndə, ilk növbədə gözlə...

Azərbaycan cazının banisi Vaqif Mustafazadənin doğum günüdür

Bu gün Azərbaycan cazının banisi Vaqif Mustafazadənin doğum günüdür. Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar art...

Prezidentdən Aşıq Ələsgərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Kanal8 xəbər verir ki, Sərəncamda deyil...

“Avroviziya-2021”də Azərbaycanı müğənni Əfəndi təmsil edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti «Avroviziya-2021» Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb. Müsabiqənin Az...

Milli parklarda «Açıq qapı» günü keçirilib

2 fevral “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” ilə əlaqədar Şirvan Milli Parkında “açıq qapı” günü və elmi-məlumatlandırıcı seminar keçirilib. ...

Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Bu gün xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bak...

“Keşikçidağ”da tarixi abidələr aşkarlanıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət...