Yanvar 6, 2021

İsraildə iki həftəlik sərt karantin tətbiq edilir

İsrailin Baş naziri Binyamin Netanyahu ölkədə iki həftəlik sərt karantin rejiminin tətbiq edildiyini açıqlayıb.

Kanal8 xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.

İsrail hökuməti bu təşəbbüsü yeni koronavirus infeksiyası hallarının artması fonunda təsdiqləyib. Sərt karantin tədbirləri 7 yanvar tarixindən qüvvəyə minəcək.

Netanyahu, həmçinin pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib: “Koronavirusun Britaniya mutasiyası səbəbindən yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın mərhələsindəyik”.

Xatırladaq ki, İsrail hökuməti 5 yanvarda daha sərt məhdudlaşdırıcı tədbirləri qəbul edib. Beləliklə, cümə axşamı günündən ölkədə məktəblər və bəzi müəssisələr bağlanacaq.


Digər xəbərlər


Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan A...

Sabahın hava proqnozu açıqlanıb

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilə...

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Kanal8-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vits...

Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların...

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”. Kanal8 xəbər verir ki, bunu Əmək və Əhalini...

Ukraynadan quşçuluq məhsullarının idxalına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərind...

Cəbrayılın Şahvəlli kəndindən görüntülər — VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şahvəlli kəndinin görüntülərini yayımlayıb. Kanal8 həmin görüntüləri təqdim edir. ...

«Hindistan ştammı» əvvəlki virusdan iki dəfə çox yoluxucudur — ÜST

Koronavirusun mutasiya olmuş yeni versiyası olan «Delta» (Hindistan ştammı-red.) dünya üzrə kütləvi şəkildə yayıla bilər. Kanal8 xəbər verir k...