Yanvar 7, 2021

“El arasında “pinqvin” adlandırılan sellofanlardan imtina etməliyik”

“Ətraf mühiti qorumaq üçün hamının bu qaydalara əməl etməsi vacibdir. Əlbəttə, bu keçid prosesi həm istehlakçılar, həm də istehsalçılar və market sahibləri üçün bir qədər çətin olacaq. Amma qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də birdəfəlik plastik qabların istifadəsindən imtina günümüzün reallığıdır, planetimizin xilasıdır, deyə bilərik”.

Kanal8 xəbər verir ki, bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi və birdəfəlik plastik qabların istifadəsinin qadağan olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, iri marketlər şəbəkəsinin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən onlayn görüşdə nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

O, bütün marketlərdə tezliklə bioparçalanan materiallardan hazırlanmış torbaların alıcılara təklif olunacağına ümid etdiyini deyib: “Biz hamımız birlikdə bunu etməliyik. Dünyadan təcrid ola bilmərik. Ona görə də bütün tərəflər-istehlakçılar da, istehsalçılar və market sahibləri də bu məsələni anlayışla qarşılamalıdır”.

Nazirlik rəsmisi, həmçinin əhaliyə çağırış edib: “Özümüzü, ətraf mühiti düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında “pinqvin” adlandırılan sellofanlardan, qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də birdəfəlik plastik qablardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa vərdiş etməyə başlayaq”.


Digər xəbərlər


Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib. Kanal8 xəbər ve...

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölüm olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ya...

Bakıda “Yüngül cinayətlər” restoranı cərimələndi — TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keç...

Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil — Ərdoğan

Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqının (Aİ) güc mərkəzi olmaq hədəfinə çatması mümkün deyil. Kanal8-in məlumatına görə, bunu T...

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səf...

«Buta Airways» Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın «Buta Airways» aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. “Buta Ai...

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır. Əmək və Əhalinin Sosi...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Kanal8-ə daxil olan müraciətdə deyilir: ...