Yanvar 8, 2021

Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi yayılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Kanal8-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərdə bərpa və reinteqrasiya üzrə geniş miqyaslı işlərə başladığı bir vaxtda Ermənistanın bölgədə sülh, əməkdaşlıq və inkişafın təmin edilməsinə təhdid təşkil edən fəaliyyəti barədə məlumat verilir. Belə ki, Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığı bildirilir.

Birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutu olduğu BMT baş katibinin diqqətinə çatdırılır.

Məktubda Ermənistanın Azərbaycan ərazilərində bu kimi sabitliyin pozulmasına yönələn fəaliyyətdən çəkindirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi müraciəti əks olunur. Həmçinin bölgədə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasını vəd edən birgə bəyanatın icrasının dəstəkləməsində BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin mühüm rolu vurğulanır.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq olar: https://undocs.org/a/75/689.


Digər xəbərlər


Ərdoğan Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Kanal8-in məlumatına görə, bu barədə Türk...

Ceyhun Bayramov Türkiyəyə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. Xarici İşlər Nazirliyi...

İsveçrədə Putinlə Baydenin görüşü başlayıb

İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında ilk görüş başlayıb. Kanal8-in məlumatına görə, Ce...

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçirilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçirilir. Kanal8-in məlumatına görə, iclasda Rəcəb Tayyib...

“Bayden-Putin görüşü NATO üçün əhəmiyyətlidir” — Yens Stoltenberq

ABŞ və Rusiya liderlərinin görüşü NATO-nun siyasəti baxımından əhəmiyyətlidir. Kanal8 xəbər verir ki, bunu baş katib Yens Stoltenberq “CNN”ə m...

Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”

“Azərbaycan torpaqlarını geri qaytardı və onun sərhədlərinə, ərazi bütövlüyünə hər kəs hörmət etməlidir”. “Haber Global”ın məlumatına görə, bu...

Azərbaycan XİN: Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Kanal8 L...

İsveçrə Prezidenti Putinlə Qarabağı müzakirə edəcək

İsveçrənin xarici işlər naziri İqnasio Kassis ölkə Prezidenti Qi Parmelanla birgə Rusiya lideri Vladimir Putin bu gün Cenevrə şəhərində görüşəcək...