Yanvar 8, 2021

Şuşanın Azərbaycan üçün böyük dəyəri var – İtaliya mediası

İtaliyanın “KmetroO”, “Sardegnagol”, “Politicamente Corretto”, “Agenzia Nova” kimi mətbuat orqanlarında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı məqalələr dərc olunub.

Kanal8 xəbər verir ki, yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı olması ilə bağlı fikirlərinə yer verilib: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Prezidentinin göstərişi ilə Şuşada Vaqif poeziya günləri və Xari bülbül festivalı bərpa ediləcək. Həmçinin xarici qonaqların Şuşaya rahat səfər etmələri üçün şəhərə yaxın məsafədə yerləşən Füzulidə beynəlxalq hava limanı tikiləcək.

Yazılarda, habelə vurğulanıb ki, Şuşa şəhərinin Azərbaycan xalqı üçün böyük mənəvi dəyəri və əhəmiyyəti var. Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Vaqif, Natəvan, Xan Şuşinski və sair kimi dahi azərbaycanlılar Şuşada yaşayıb-yaradıblar. Şuşa, həmçinin Qafqazın konservatoriyası hesab edilir.


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Uels -İsveçrə oyununa baxıblar

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Kanal8 xəbər verir ki, Azə...

Azərbaycanda saxlanılan 15 erməni ölkəsinə təhvil verilib

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xər...

İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığ...

İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli sə...

DİN azarkeşlərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib. Kana...

Bazar günü 34 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Milli Hidrometeo...

Nazirlik 1 448 müəllimlə bağlı QƏRAR VERİB

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb. Təhsil Nazirliyin...

Rusiyanın bu şəhərlərindən Bakıya reyslər təşkil ediləcək

Rusiyanın “Azimut” aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq. Ka...