Yanvar 9, 2021

“Koronavirusun “Britaniya ştammı” daha sürətlə yayılır” – ÜST

“Koronavirusun “Britaniya ştammı” infeksiyanın adi variantından daha sürətlə yayılır”.

TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya Van Kerkxove bildirib.

“Son məlumatlar göstərir ki, (xəstəliyin-red) adi variantı Böyük Britaniyada aşkar edilmiş ştamm kimi tez yayılmır. Və biz burda 1,1-dən 1,5-ə qədər artan reproduktiv saya əsaslanırıq”, – xəbərdə deyilir.

Ekspert vurğulayıb ki, virusun əvvəlki və yeni formasının yayılması arasında heç bir fərq yoxdur.

“Bizim bu varianta (Britaniya ştammı-red) qarşı necə mübarizə aparmağımızla bağlı heç bir dəyişiklik yoxdur”, – o qeyd edib.

ÜST rəsmisi əlavə edib ki, koronavirusun yeni ştammı yüksək ölüm sayına malik deyil.

Qeyd edək ki, ötən il dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkə alimləri yeni, mutasiya etmiş COVID-19 aşkarlayıblar. Onun sözlərinə görə, koronavirusun yeni ştamı əvvəlkindən daha sürətlə yayılır. Böyük Britaniyanın baş naziri Boris Conson isə deyib ki, koronavirusun yeni mutasiyası virusun başqa növlərindən 70 % daha yoluxucudur.

Bu səbəbdən də “Britaniya” ştammı daha təhlükəli hesab edilir. Artıq dünyanın onlarla ölkəsində koronavirusun bu növünə yoluxma aşkarlanıb.


Digər xəbərlər


Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib

İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək. Şuradan Kanal8-...

Azərbaycanda bir sıra cərimələr artırılır

Kanal8-in məlumatına görə, bununla bağlı İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir. Dəyişikliklərə əsasən,...

Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan A...

Sabahın hava proqnozu açıqlanıb

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilə...

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Kanal8-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vits...

Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların...

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”. Kanal8 xəbər verir ki, bunu Əmək və Əhalini...

Ukraynadan quşçuluq məhsullarının idxalına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərind...