Yanvar 11, 2021

İşğaldan azad edilən ərazilərdə turizm necə təşkil ediləcək? – AÇIQLAMA

“Turizmin paytaxtı Şuşa şəhəri olacaq. Şuşa ilə bağlı detallı planlarımız var”.

Bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə işğaldan azad edilmiş ərazilərdə turizmin təşkili haqqında danışarkən deyib.

O bildirib ki, bu ərazilərdə yaradılacaq klasterlərlə bağlı planlar mövcuddur və işğaldan azad edilmiş ərazilərimizin potensial auditoriyasını özümüz təşkil edəcəyik:

“Bu ərazilərin 10 milyonluq daxili turizm potensialı var. Bundan başqa xaricdə yaşayan Azərbaycanın diaspor nümayəndələrinin də bölgəyə böyük marağı var, hansı ki, bu milyonlarla insan deməkdir. Onlar bizim mədəni paytaxtımız, simvolik Məkkəmizə çevrilmiş Şuşanı görmək istəyəcəklər. Eləcə də, xarici turistlərlə bağlı əlavə kommunikasiya imkanları yaranır. İran turistləri üçün Xudafərin istiqamətindən, Türkiyədən gələn turistlər üçün Naxçıvan üzərindən yeni kommunikasiya vasitələri yaranır”.

K.Quluzadə əlavə edib ki, Cəbrayıl, Füzuli və Ağdam istiqamətində spesifik “qara turizm” təşkil ediləcək:

“Bu, dağıdılmış yerlərin çılpaq göstərilməsi məqsədi daşıyır. Yəni, oradakı məhəllələr və s. dağılmış ərazilər olduğu kimi qalacaq və turistlərə nümayiş etdiriləcək”.

Sektor müdiri qeyd edib ki, Dövlət Turizm Agentliyi pandemiya dövründə qlobal turizmdə 70 faizədək geriləmə, o cümlədən, Azərbaycan turizmində də durğunluq yaranmışdı, lakin, vaksinasiya prosesinin həm dünyada, həm də Azərbaycanda nəticə verəcəyi gözlənilir.


Digər xəbərlər


Ali Məhkəmə kobud pozuntulara yol verən hakimlər barədə xüsusi qərardad çıxaracaq

Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Dəyişiklik lay...

Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib

İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək. Şuradan Kanal8-...

Azərbaycanda bir sıra cərimələr artırılır

Kanal8-in məlumatına görə, bununla bağlı İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir. Dəyişikliklərə əsasən,...

Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan A...

Sabahın hava proqnozu açıqlanıb

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilə...

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Kanal8-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vits...

Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların...

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”. Kanal8 xəbər verir ki, bunu Əmək və Əhalini...