Yanvar 11, 2021

Yenilənmiş 1, 5 və 50 manatlıqlar tədavülə buraxılıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarına əsasən, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

Mərkəzi Bankın mətbuat xidmətindən Kanal8-ə verilən məlumata görə, bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, cash-in/cash out aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adoptasiyası) məqsədilə bütün kommersiya bankları və qeyri-bank ödəniş təşkilatları 20 oktyabr 2020-ci il tarixdə məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib:

“Hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasına başlanılır. Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaq.

Qeyd edək ki, hazırda tədavüldə olan köhnə nümunəli pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi sonacan məhdudiyyətsiz istifadə ediləcək”.
Eyni zamanda bildirilib ki, koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (Modenis MMC – “eManat“, Komtec Ltd. – “MilliÖN”, Expressbank ASC – “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığını və bu proseslərin davam etdiyini açıqlayıblar:

“Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur”.


Digər xəbərlər


İyunun 23-ü bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

İyunun 23-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial ...

Xaricdən məhsul sifariş verənlərin nəzərinə: Bağlamaların bəyan edilməsi artıq daha asan olub

2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan “Smart Customs” tətbiqi öz fəaliyyəti...

Pensiyalar bu tarixə qədər tam ödəniləcək

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçıların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...

Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,95% artıb. Kanal...

Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA — VİDEO

Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlə...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...

Dünya bazarında neftin qiyməti

Dünya bazarında neft bahalaşıb. Bu barədə RT məlumat yayıb Belə ki, WTI markalı neftin iyul fyuçersləri 0,59 faiz bahalaşıb və bir barelin ...