Yanvar 13, 2021

Zəfər Günü iş OLMAYACAQ

Azərbaycan Prezidenti İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Kanal8 xəbər verir ki, məcəlləyə dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr – Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir dəyişikliklə isə məcəlləyə yeni – 106.1-ci maddə əlavə edilib. Belə ki, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü – “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.


Digər xəbərlər


Nüvədi kəndinin sakinləri öz tarixi yurdlarına qayıtmaq üçün dünya birliyinə müraciət edib

7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katib...

Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi Miroslav Yença ilə görüşüb. Kanal8-in məlumatına görə, görüş Ant...

Azərbaycan XİN Ermənistana çağırış edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Kanal8 L...

Sabah Bakıda marşrutlar işləməyəcək — BNA

Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq. Bu barədə Kanal8-ə bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məl...

XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasını şərh ed...

Azərbaycan üç erməni şirkət sahibini axtarışa verib

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğ...

Bu tələbələrə güzəşt ediləcək — Nazir AÇIQLAYIB

“Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondundan təxminən 40 min və ya bir az daha çox bakalavr və magistr tələbəsinin kredit alm...

Azərbaycanla Rusiya arasında Xəzərlə bağlı ikitərəfli məsləhətləşmələr keçirilib

17 iyun 2021-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçi...