Yanvar 14, 2021

Mövlud Çavuşoğlu Qarabağ barədə: “Uzunmüddətli sülh üçün real şans yaranıb”

Türkiyə Azərbaycanın Ermənistanın işğalından azad edilmiş torpaqları bərpa etmək üçün səylərini dəstəkləyəcək, həmçinin Dağlıq Qarabağda atəşkəsin monitorinqində iştirak edəcək.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Küresel Medya” nəşrinə müsahibəsi zamanı deyib.

Türkiyə XİN rəhbəri Ermənistanın demək olar ki, 30 il müddətində beynəlxalq hüquq normalarına nümayişkar şəkildə məhəl qoymadığını və Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini xatırladıb.

“Ermənistan tərəfinin təcavüzkar fəaliyyətlərinə və hücumlarına baxmayaraq, Azərbaycan işğal olunmuş torpaqları üzərində nəzarəti bərpa edə bildi. Bakı üçtərəfli bəyanatın imzalanması ilə başa çatan 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonu geri qaytardı. Yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmasına şərait yaradan atəşkəs rejimi təmin edildi”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli birgə bəyanat əsasən Minsk prosesi çərçivəsində illərdir irəli sürülən ideya və prinsipləri əks etdirir.

“ATƏT-in Minsk Qrupu lazım olacağı halda yenidən öz rolunu oynaya bilər. Bunun üçün həmsədrlər ilk növbədə konstruktiv və konkret yanaşma tutmalı, əvvəllər göstərilən zəif vasitəçilik səviyyəsindən dərs çıxarmalıdılar”, – deyə M.Çavuşoğlu bildirib.

Türkiyəli nazir bu gün regionda uzunmüddətli sülh üçün real şansın meydana gəldiyini vurğulayıb.

“Türkiyə Rusiya ilə birlikdə Qarabağda atəşkəs rejiminə nəzarət üçün monitorinq mərkəzi yaradıb. Atəşkəs çox vacib bir komponentdir və saxlanılmalıdır. Biz Ermənistan tərəfindən razılaşmaların şərtlərinə əməl etməsini gözləyirik. İrəvan özbaşına yeni sərgüzəştlər axtarmamalı və Azərbaycanın bir vaxtlar işğal olunmuş bütün torpaqları üzərində Bakının suverenliyinin tanınması nəzərə alınmaqla, uzunmüddətli siyasi tənzimlənməni təmin etmək səylərini dəstəkləməlidir”, – deyə nazir qeyd edib.

M.Çavuşoğlu vurğulayıb ki, əgər üçtərəfli bəyanat təsirli olarsa və Azərbaycanla Ermənistan arasındakı dialoq yoluna qoyularsa, bu, şübhəsiz ki, Ankara ilə İrəvan arasındakı münasibətlərə də müsbət təsir göstərəcəkdir.

“Bölgədəki sabitlik həmçinin erməni xalqının və Ermənistanın da maraqlarına cavab verir. Biz regionu bütün ölkələrin vahid əməkdaşlıq zonası kimi qəbul edirik. Buna görə də Azərbaycanın regionda altıtərəfli əməkdaşlıq platforması yaratmaq təşəbbüsünü dəstəkləyirik. Bu, sülhə müsbət təsir göstərəcək, regionun bütün sakinlərinin rifah halını yüksəldəcək”, -deyə türkiyəli nazir əminliyini ifadə edib.


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Uels -İsveçrə oyununa baxıblar

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Kanal8 xəbər verir ki, Azə...

Azərbaycanda saxlanılan 15 erməni ölkəsinə təhvil verilib

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xər...

İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığ...

İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli sə...

DİN azarkeşlərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib. Kana...

Bazar günü 34 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Milli Hidrometeo...

Nazirlik 1 448 müəllimlə bağlı QƏRAR VERİB

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb. Təhsil Nazirliyin...

Rusiyanın bu şəhərlərindən Bakıya reyslər təşkil ediləcək

Rusiyanın “Azimut” aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq. Ka...