Yanvar 14, 2021

“Qərbin sosial şəbəkə şirkətlərinə boyun əyməyəcəyik” – Ərdoğan

“Milli həll yolları sayəsində Türkiyənin daxili məlumatları ölkəmizdə qalacaq. Biz özlərini qanundan da, hüquqdan da üstün hesab edən Qərbin sosial şəbəkə şirkətlərinə boyun əyməyəcəyik”.

Kanal8 xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Radio-Televiziya Jurnalistləri Dərnəyinin Media Oskarı ilə mükafatlandırma tədbirində danışarkən belə deyib.

Ərdoğan bildirib ki, elektron və sosial media həyatımıza gətirdiyi asanlıqlarla bərabər, bir çox sahələrdə ciddi risklər də yaradır:

“Bir tərəfdə demokratiyanı təbliğ edən sosial şəbəkələr, digər tərəfdə kibertəhlükə, kiberterror və yalan məlumatları gündəmimizə daxil ediblər. Odur ki, biz rəqəmsal faşizmə qarşı birlikdə müqavimət göstərməliyik! Dövlətin vəzifəsi vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Necə real həyatda vətəndaşlarımızın təhlükəsizliyini təmin edirik, eləcə də virtual həyatda bunu təmin edəcəyik. Azadlıq adı altında Türkiyəni yalan xəbərin, iftiranın meydan suladığı bir mühitə qurban verə bilmərik. Biz cəzalar tətbiq etməyə başlayanda onlar da tabe olmağa başladılar. Reklam və digər vasitələrlə qazanc ədə edib, vergi ödəməkdən boyun qaçıra bilməzlər. Qərbə necə ödəyirlər, bizə də elə ödəyəcəklər. Biz rəqəmsal diktatorluğa və kiberzorakılığa qarşı hüquqi mübarizənin önəmini daha yaxşı anlayırıq”.

Prezident deyib ki, Türkiyə yaxın zamanda yerli və milli sosial şəbəkə proqramlarını genişləndirəcək:

“Xarici sosial şəbəkə şirkətlərinin məlumatların məxfilik məsələsində ikili standartla yanaşması Türkiyənin “BiP” kimi mesajlaşma proqramının tətbiqini zəruri edib. Yaxın gələcəkdə yerli proqramlarımızın daha keyfiyyətli səviyyəyə çatdıracağıq. Unutmayaq ki, yerli və milli olan müvafiq məhsullarımız xarici ekvivalentlərindən daha çox imkanlara sahibdir. Bütün vətəndaşlarımızı yerli və milli tətbiqlərdən istifadəyə dəvət edirik” .

Qeyd edək ki, keçən həftə Türkiyə Prezident Administrasiyasının Rəqəmsal Transformasiya şöbəsinin müdiri Ali Taha Koç əhaliyə yerli sosial şəbəkə vasitələri olan “BiP” və “Dedi” proqramlarından istifadəni tövsiyə edib. Türkiyədə “WhatsApp-ı silirik” kampaniyasına başlanılıb, bu kampaniyaya türkiyəli iş adamı, “Baykar Makine” şirkətinin texniki direktoru, Türkiyə Prezidentinin kürəkəni Selçuk Bayraktar da qatılıb. Selçuk Bayraktar mesajlaşmada “BiP”-dən istifadə etdiyini bildirib.


Digər xəbərlər


Azərbaycanda bir sıra cərimələr artırılır

Kanal8-in məlumatına görə, bununla bağlı İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir. Dəyişikliklərə əsasən,...

Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan A...

Sabahın hava proqnozu açıqlanıb

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilə...

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Kanal8-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vits...

Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların...

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”. Kanal8 xəbər verir ki, bunu Əmək və Əhalini...

Ukraynadan quşçuluq məhsullarının idxalına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərind...

Cəbrayılın Şahvəlli kəndindən görüntülər — VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şahvəlli kəndinin görüntülərini yayımlayıb. Kanal8 həmin görüntüləri təqdim edir. ...