Yanvar 15, 2021

Azərbaycanın tibbi maskaları Avropanın ITC keyfiyyət sertifikatını qazandı

Sumqayıt, 14.01.2021 – Cənubi Qafqazın ən böyük tekstil müəssisəsi “Gilan Tekstil Parkı” MMC-də mövcud COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə istehsal olunan tibbi maskalar Avropanın ITC (Institute for testing and Certification, Inc. ) keyfiyyət sertifikasiya sınaqlarından uğurla keçib. Dünyanın 18 ölkəsində təmsil olunan və baş ofisi Çexiyada yerləşən Institute for testing and Certification şirkəti sınaq, sertifikatlaşdırma, texniki yoxlama, metrologiya standartlaşdırma sahəsində xidmətlər göstərən dünya səviyyəli müstəqil təşkilatdır.

ITC sertifikatları istehsal proseduraların beynəlxalq standartlar, yüksək təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunluq barədə məlumat verir. Bununla GTP-nın tibb maskalarına daxili alıcılar arasında etibar daha da güclənir və xarici bazarlara girişi rahatlaşır. Yerli istehsal olunan tibbi maskaların beynəlxalq sertifikatlaşdırması Azərbaycan məhsullarının ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

“Gilan Tekstil Parkı” MMC-nin Sumqayıtda yerləşən tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı 2020-ci il mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub.İstehsal olunan birdəfəlik tibbi maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. Fabrikin gündəlik istehsal gücünü 300 min tibbi maskadır və hazırda istehsalat prosesinə 50 işçi cəlb olunub.

Eyni zamanda “Gilan Tekstil Parkı” MMC-də birdəfəlik istifadə üçün qoruyucu kombinezonlar istehsal olunur. Məhsullar polietilen qoruyucu membranla örtülüb. Yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir və möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb.

“Gilan Tekstil Parkı” MMC Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət təsisatdir.

GTP əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə edərək iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edir. Əlavə məlumat üçün şirkətin saytına ww.giltex.az və ya şirkətin rəsmi sosial şəbəkələrinə müraciət etmək olar.


Digər xəbərlər


Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib. Kanal8 xəbər ve...

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölüm olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ya...

Bakıda “Yüngül cinayətlər” restoranı cərimələndi — TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keç...

Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil — Ərdoğan

Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqının (Aİ) güc mərkəzi olmaq hədəfinə çatması mümkün deyil. Kanal8-in məlumatına görə, bunu T...

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səf...

«Buta Airways» Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın «Buta Airways» aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. “Buta Ai...

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır. Əmək və Əhalinin Sosi...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Kanal8-ə daxil olan müraciətdə deyilir: ...