Yanvar 15, 2021

Ermənilərin ərazilərimizdə basdırdıqları hərbi sursatlar, minalar aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Xocavənd rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 11, Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

ANAMA-dan Kanal8-ə bildirilib ki, daxil olmuş 12 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 22 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 121 ədəd partlamamış hərbi sursat (PHS), 19 ədəd piyada əleyhinə mina, 45 ədəd tank əleyhinə mina, 14 ədəd tank əleyhinə mina partladıcısı, 7 006 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov tüfəngi və 11 ədəd partlamış mərmi qalığı aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 6 897 722 kv.m (690 ha) ərazi yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 136 ədəd partlamamış hərbi sursat (PHS) , 579 ədəd mina və 5 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 93 602 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

İyunun 18-də Bakıda “Intercontinental” otelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil — TƏBİB

Vaksin olunan və ya xəstəlik keçirən şəxslərdə immunitetin nə qədər olacağı məlum deyil. Kanal8-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələri...

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verilib

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtyarışa verilib. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən...

TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxsl...

Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”

Rusiya Qarabağda vəziyyəti sabitləşdirmək üçün Türkiyə, Ermənistan və Azərbaycanla sıx təmasdadır. TASS-ın məlumatına görə, bu barədə Rusiya F...

Nüvədi kəndinin sakinləri öz tarixi yurdlarına qayıtmaq üçün dünya birliyinə müraciət edib

7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katib...

Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi Miroslav Yença ilə görüşüb. Kanal8-in məlumatına görə, görüş Ant...

Azərbaycan XİN Ermənistana çağırış edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Kanal8 L...