Yanvar 16, 2021

Bu ərazilərdə karantin postları ləğv edilir – Rəsmi

Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayon, eləcə də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxilindəki karantin postları ləğv ediləcək.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

Qurum rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Bu icazələr ləğv olunduğundan yanvarın 18-dən etibarən karantin postları da fəaliyyətini dayandıracaq. Rayonlardan Bakı, Abşeron və Sumqayıta gəliş və gedişə məhdudiyyət qüvvədə qaldığından Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları isə fəaliyyətini davam etdirəcək”


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

İyunun 18-də Bakıda “Intercontinental” otelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil — TƏBİB

Vaksin olunan və ya xəstəlik keçirən şəxslərdə immunitetin nə qədər olacağı məlum deyil. Kanal8-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələri...

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verilib

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtyarışa verilib. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən...

TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxsl...

Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”

Rusiya Qarabağda vəziyyəti sabitləşdirmək üçün Türkiyə, Ermənistan və Azərbaycanla sıx təmasdadır. TASS-ın məlumatına görə, bu barədə Rusiya F...

Nüvədi kəndinin sakinləri öz tarixi yurdlarına qayıtmaq üçün dünya birliyinə müraciət edib

7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katib...

Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi Miroslav Yença ilə görüşüb. Kanal8-in məlumatına görə, görüş Ant...

Azərbaycan XİN Ermənistana çağırış edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Kanal8 L...