Yanvar 18, 2021

Baş Prokurorluq işçi axtarır

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, mahiyyətcə daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr, o cümlədən Kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Kanal8-ə verilən məlumata görə, proqramlaşdırma və funksional proqram təminatının inkişaf etdirilməsi, tətbiqi, informasiya sisteminin və texnika-informasiya infrastrukturunun təkmilləşdirilməsi və fasiləsiz işin təmin edilməsi, serverlərin idarə edilməsi, informasiya sistemlərinin və məlumat bazalarının qurulmasının təşkil edilməsi məqsədilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə İT menecer, Sistem administratoru və Mühəndis-proqramçı ixtisasları üzrə işçi tələb olunur.

IT Menecerin biliklərinə dair tələblər:

Yüksək məntiqli-analitik düşünmə bacarığı;
Sistem inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi;
HP server avadanlıqları üzrə iş təcrübəsi: Blade, sinif Proliant DL (G6/G7/G8);
Storage texnologiyaları üzrə iş təcrübəsi;
Yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, Veeam Backup&Replication və s.;
Virtuallaşma üzrə iş təcrübəsi : VMware Vcenter, ESXi, Vsphere, Hyper-V;
Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows Server: 2003/2008/2012/2016;
Exchange server 2010/2013/2016, GP, WSUS, PowerShell; Active Directory,
DNS, DHCP,WDS, DFS, VPN, File Server, Print Server;
Web serverlər (FTP/FTPS servers) ilə iş təcrübəsi;
Antivirus sistemləri ilə iş təcrübəsi;
SAN (Storage Area Network) üzrə iş təcrübəsi;
Proxy və Firewall sistemləri ilə iş təcrübəsi;
Cisco Şəbəkə avadanlıqları ilə iş təcrübəsi (L3 Switch və Router-larla işləmək bacarığı);
IBM server avadanlıqları üzrə iş təcrübəsi.

Sistem administratorunun biliklərinə dair tələblər:

Server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının yüklənməsi və sazlanması;
Ethernet, IP və şəbəkə cihazlarının iş prinsipləri üzrə nəzəri və praktik biliklər;
Active Directory, Exchange mail, File, Print server üzrə dərin nəzəri və praktik biliklər;
Sistem təhlükəsizliyi üzrə biliklər;
Firewall sistemləri ilə iş təcrübəsi;
Antivirus sistemləri ilə iş təcrübəsi.

Mühəndis-proqramçının biliklərinə dair tələblər:

Məlumat bazası bilikləri: Oracle, Oracle Pl/Sql
Proqramlaşdırma bilikləri: C#
Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js (arzu olunandır)
Web Servislər: Restful, DevExpress (.Net), Versioncontrol (SVN, VisualSvn, Git /Git Hub), Reporting (FastReport, XtraReport, JasperReport), Application Servers (Glassfish, Tomcat, JBoss)

İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


Digər xəbərlər


Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan A...

Sabahın hava proqnozu açıqlanıb

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilə...

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Kanal8-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vits...

Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların...

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”. Kanal8 xəbər verir ki, bunu Əmək və Əhalini...

Ukraynadan quşçuluq məhsullarının idxalına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərind...

Cəbrayılın Şahvəlli kəndindən görüntülər — VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şahvəlli kəndinin görüntülərini yayımlayıb. Kanal8 həmin görüntüləri təqdim edir. ...

«Hindistan ştammı» əvvəlki virusdan iki dəfə çox yoluxucudur — ÜST

Koronavirusun mutasiya olmuş yeni versiyası olan «Delta» (Hindistan ştammı-red.) dünya üzrə kütləvi şəkildə yayıla bilər. Kanal8 xəbər verir k...