Yanvar 18, 2021

Bu gündən koronavirusa qarşı peyvəndləmə başlayır

Azərbaycanda bu gündən koronavirus (COVİD-19) əleyhinə vaksinasiyaya başlanmasına qərar verilib.

Kanal8 xəbər verir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları açıqlanıb.

Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir. Sənəddə qeyd edilib ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları aşağıdakılardır:

sosial:

  • səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;
  • hüquq mühafizə orqanlarının əməkdaşları;
  • hərbi qulluqçular;
  • saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;
  • təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

tibbi:

  • yaşlı əhali ≥65;
  • Tənəffüs Sistemi Xroniki Xəstəlikləri olanlar, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Uels -İsveçrə oyununa baxıblar

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Kanal8 xəbər verir ki, Azə...

Azərbaycanda saxlanılan 15 erməni ölkəsinə təhvil verilib

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xər...

İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığ...

İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli sə...

DİN azarkeşlərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib. Kana...

Bazar günü 34 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Milli Hidrometeo...

Nazirlik 1 448 müəllimlə bağlı QƏRAR VERİB

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb. Təhsil Nazirliyin...

Rusiyanın bu şəhərlərindən Bakıya reyslər təşkil ediləcək

Rusiyanın “Azimut” aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq. Ka...