Yanvar 18, 2021

Nazirlər Kabineti rəsmisi: «Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək»

“İşğaldan azad edilmiş Qarabağın yenidən qurulması üçün müxtəlif ölkələrin bərpa təcrübəsini araşdırdıq. Bizim üçün ən uyğun təcrübənin Türkiyə modeli olacağını düşünürük. Bu qənaətə qonşu ölkənin son 20 ildə tikinti sektorunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq gəldik».

Kanal8 xəbər verir ki, bunu Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev «Anadolu» agentliyinə bildirib.

Şöbə müdirinin sözlərinə görə, bu məsələ ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi ilə görüş keçirilib.

“Türkiyədə tikinti ilə bağlı tenderlərdə sifarişçi qurumlar minimum qiymət müəyyən edir. Biz də eyni sistemi tətbiq edəcəyik. İndiyə qədər Azərbaycanda bu məsələ ilə bağlı xarici şirkətlər cətinliklər yaşayırdı, proses uzanırdı, bürokratik əngəllər olurdu, bundan sonra isə asan olacaq. Türk və yaxud digər xarici şirkətlər Türkiyədə tenderə qatıldığı kimi, burda da tender şərtlərini hazırlaya biləcəklər», — deyə o, qeyd edib.

F.Mustafayev onu da deyib ki, Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək: «Türk iş adamları azərbaycanlı həmkarları ilə birlikdə Qarabağı yenidən quracaqlar. Hazırda Füzulidən Şuşaya yeni yolun inşasında iki ölkənin şirkətləri birlikdə çalışırlar. Bu, ilk addımdır. Ümumiyyətlə isə indiyə qədər Türkiyə şirkətləri Azərbaycanda 16 milyard ABŞ dollarına yaxın dəyəri olan tenderlər udub. Bundan sonra da təkcə Qarabağ deyil, bütün ölkə miqyasında həyata keçirilən layihələrdə türk iş adamları cəlbedici təkliflər verə biləcəklər. Bu da Azərbaycanda rəqabət mühitini gücləndirəcək, görülən işlərini keyfiyyətini artıracaq».


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

İyunun 18-də Bakıda “Intercontinental” otelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil — TƏBİB

Vaksin olunan və ya xəstəlik keçirən şəxslərdə immunitetin nə qədər olacağı məlum deyil. Kanal8-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələri...

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verilib

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtyarışa verilib. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən...

TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxsl...

Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”

Rusiya Qarabağda vəziyyəti sabitləşdirmək üçün Türkiyə, Ermənistan və Azərbaycanla sıx təmasdadır. TASS-ın məlumatına görə, bu barədə Rusiya F...

Nüvədi kəndinin sakinləri öz tarixi yurdlarına qayıtmaq üçün dünya birliyinə müraciət edib

7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katib...

Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi Miroslav Yença ilə görüşüb. Kanal8-in məlumatına görə, görüş Ant...

Azərbaycan XİN Ermənistana çağırış edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Kanal8 L...