Yanvar 18, 2021

Rusiyadan Azərbaycana əlavə qrup və texnika gətirilib

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

FHN-in Mətbuat xidmətindən Kanal8-ə verilən məlumata görə, aparılan minatəmizləmə əməliyyatının səmərəliliyinin daha da artırılması məqsədilə hər iki nazirlik arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində yanvarın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avadanlıqlar gətirilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün Nazirliyin Qarabağ Regional Mərkəzinə yola düşüb.


Digər xəbərlər


Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib. Kanal8 xəbər ve...

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölüm olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ya...

Bakıda “Yüngül cinayətlər” restoranı cərimələndi — TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keç...

Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil — Ərdoğan

Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqının (Aİ) güc mərkəzi olmaq hədəfinə çatması mümkün deyil. Kanal8-in məlumatına görə, bunu T...

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səf...

«Buta Airways» Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın «Buta Airways» aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. “Buta Ai...

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır. Əmək və Əhalinin Sosi...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Kanal8-ə daxil olan müraciətdə deyilir: ...