Yanvar 21, 2021

1 saylı Körpələr Evində çatışmazlıqlar aşkarlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Körpələr Evinə planlı başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Kanal8-ə bildirilib ki, başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmini vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin bütün ərazisinə, o cümlədən yataq və tibb otaqlarına, oyun zalına, mətbəxə, camaşırxanaya və digər yerlərə baxışlar keçirilib, qidalanma səviyyəsi, tibbi yardımın və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Başçəkmə zamanı müəssisənin əsaslı təmir olunduğu və müasir avadanlıqla təchiz olunduğu müşahidə olunub. Eyni zamanda bir sıra çatışmazlıqlar aşkar edilib. Belə ki, mövcud maddi-texniki bazanın səmərəli istifadəsinin təşkil olunmadığı müşahidə olunub. Tibbi hissədə ilkin tibbi yardım üçün tibbi çantanın olmaması, dərmanların qeydiyyatında nöqsanlar, fizioterapiya, masaj və manipulyasiya otaqlarının istifadə olunmaması, fizioterapiya üçün nəzərdə tutulmuş aparatların işlək vəziyyətdə olmadığı müəyyən olunub.

Uşaqların əsasən tibbi müayinədən keçdiyi,lakin yaşlarına uyğun olaraq psixoloji inkişaflarına yönəlmiş işlərin aparılmadığı müəyyən olunub. Eyni zamanda, müəssisədə loqoped və psixoloqun olmaması uşaqların inkişafına hərtərəfli və fərdi yanaşmanın tətbiqində çətinliklər törədir.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb,saxlanma şəraiti, sənədləşmədə olan nöqsanların aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq.


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

İyunun 18-də Bakıda “Intercontinental” otelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil — TƏBİB

Vaksin olunan və ya xəstəlik keçirən şəxslərdə immunitetin nə qədər olacağı məlum deyil. Kanal8-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələri...

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verilib

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtyarışa verilib. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən...

TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxsl...

Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”

Rusiya Qarabağda vəziyyəti sabitləşdirmək üçün Türkiyə, Ermənistan və Azərbaycanla sıx təmasdadır. TASS-ın məlumatına görə, bu barədə Rusiya F...

Nüvədi kəndinin sakinləri öz tarixi yurdlarına qayıtmaq üçün dünya birliyinə müraciət edib

7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katib...

Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi Miroslav Yença ilə görüşüb. Kanal8-in məlumatına görə, görüş Ant...

Azərbaycan XİN Ermənistana çağırış edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Kanal8 L...