Yanvar 22, 2021

“Marşrutlarda sərnişin sayı artıb” – Mais Ağayev

Ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Bakıda marşrutlarda sərnişin sayının artmasına səbəb olub.
Kanal8 xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, sərnişin sayının artması Bakıda tətbiq edilmiş sms-icazənin ləğv edilməsi ilə bağlıdır:

“Ümumiyyətlə, ölkədə istər sərt karantin rejiminin tətbiqi, istərsə də karantin şərtlərinin yumşaldılması zamanı əvvəlcədən hazırlanmış nəqliyyat planına uyğun olaraq addımlar atılır. Yanvarın 18-dən etibarən ölkədə sms-icazə sisteminin ləğv edilməsi ilə bağlı məlumat daxil olan kimi yenidən nəqliyyat üzrə işlər təşkil olundu. Yanvarın 18-də sms – icazə ləğv edilən gün Bakıda sərnişin sayında 12 faiz artım oldu.

Yanvarın 18-i ilə əvvəlki həftənin eyni gününü müqayisə edərkən, sərnişin sayında 200 min nəfər artım olub. Amma buna baxmayaraq sərnişin daşınmasında hansısa ciddi narazılıq müşahidə olunmadı. Çünki əvvəlcədən plana uyğun olaraq marşrut xətlərindəki avtobusların, həm ehtiyat avtobusların sayı artım ehtimalına uyğyn artırılmışdı. Ona görə də həmin gün sərnişin sıxlığı ilə bağlı hansısa problem olmadı.

Yanvarın 25-dən etibarən Bakıda əksər xidmət və ticarət obyektləri fəaliyyətini bərpa edəcək. Bunun üçün də növbəti həftə üçün yeni nəqliyyat planı hazırlanır. Plana uyğun olaraq xətdə və ehtiyatda olan avtobusların sayı müəyyən edilir, exspress avtobusların intervalı da buna uyğun olaraq hesablanacaq”.

M. Ağayev hava şəraiti və sərnişin sayının artması ilə əlaqədar şəxsi avtomobil sürücülərinə də müraciət edib:

“Şəxsi avtomobil sürücülərindən xahiş edirik ki, yollarda vəziyyəti nəzərə alsınlar, avtobusların üstünlüyünə şərait yaratsınlar, avtobus dayanacaqlarında avtomobillərini qanunsuz park etməsinlər. Bu cür hallar həm onlar üçün inzibati məsuliyyət yaradır, həm də avtobusların intervallarında gecikmələrə səbəb olur. Bakıda hazırda metro stansiyalarının fəaliyyət göstərmədiyi vaxtlarda avtobusların fəaliyyəti və vaxtında dayanacaqlara çatması vacibdir”.


Digər xəbərlər


Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib

İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək. Şuradan Kanal8-...

Azərbaycanda bir sıra cərimələr artırılır

Kanal8-in məlumatına görə, bununla bağlı İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir. Dəyişikliklərə əsasən,...

Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan A...

Sabahın hava proqnozu açıqlanıb

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilə...

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Kanal8-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vits...

Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların...

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”. Kanal8 xəbər verir ki, bunu Əmək və Əhalini...

Ukraynadan quşçuluq məhsullarının idxalına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərind...