Yanvar 22, 2021

Vəfat edən şəxslərin təqüdünü mənimsəyən DSMF-nun şöbə müdirləri HƏBS EDİLİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlan;ıb.

Bu barədə Baş Prokurorluqdan Kanal8-ə verilən məlumatda bildirilib.

Belə ki, aparılmış istintaqla DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə, əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirildiyi müəyyənləşib:

“Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

Rəsmi məlumata görə, istintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin ödənilməsi təmin edilib.


Digər xəbərlər


Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqə...

Toya gələnlərdən COVID pasportu tələb olunacaq

50-dən 150-dək şəxsin iştirak etdiyi toy mərasimlərində iştirakçılardan COVID pasportu tələb olunacaq. Kanal8-in məlumatına görə, bu barədə Na...

Toyda iştirak edəcək qonaqların sayı «icaze.e-gov.az” portalına daxil ediləcək

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan iş...

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində kor...

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə məktub göndərib. Məktubda deyilir: «Hö...

SON DƏQİQƏ! Azərbaycanda İyulun 1-dən toy və nişanlara icazə verilib

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qə...

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb - Sənədlər Baş Prokurorluğa göndərilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət...

Bakıda 13 erməni terrorçunun məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepany...