Yanvar 25, 2021

Ceyhun Bayramovun Cavad Zəriflə görüşünün detalları AÇIQLANIB

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi nazir Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşünə dair məlumat yayıb.

Nazirlikdən Kanal8-ə verilən məlumatda bildirilir ki, yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıya işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüş keçirib. Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər ətrafında ətraflı müzakirələr aparılıb.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində belə təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib.

Nazir Məhəmməd Cavad Zərif nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edib. Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunluq ifadə edib. Ərazilərin işğalına son verilməsinin bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaratdığı və bu fürsətdən istifadə etmənin vacib olduğu qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti ilə görüşə məmnunluqla istinad edən Nazir Məhəmməd Cavad Zərif iki dövlətin rəhbərləri arasında çox faydalı münasibətlərin olduğunu vurğulayıb. Ikitərəfli münasibətlərin inkişafı üçün heç bir məhdudiyyətin olmadığı və iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə mövcud əməkdaşlığın xalqların mənafeyinə uyğun olduğu qeyd olunub.

Görüşdə nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgədə yeni əməkdaşlıq imkanlarının açıldığı qeyd olunub, o cümlədən Şimal-Cənub və Cənub-Qərb nəqliyyat və tranzit dəhlizlərinin inkişafı perspektivləri xüsusilə vurğulanıb.

İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın fəaliyyəti, xüsusilə də Tehranda keçirilmiş sonuncu iclasın uğurlu nəticələrinə istinad edilərək, bu istiqamətdə fəaliyyətin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatlarında təmasların davam etdirilməsi mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Digər xəbərlər


İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəs...

Milli Məclis enerji resursları barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layi...

Deputatlar növbədənkənar iclasda 12 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Kanal8-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: “Enerj...

Qırğızıstanın Azərbaycanda yeni səfiri təyin edilib

Kayrat Osmonəliyev Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Kanal8-in məlumatına görə, bu barədə Qırğızısta...

Yaxın gələcəkdə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclası gözlənilir — Ceyhun Bayramov

Yaxın gələcəkdə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi gözlənilir. Kanal8-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bay...

İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved...

Rusiya XİN rəhbəri və ATƏT baş katibi Qarabağı müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Helqa Şmid Moskvada görüş zamanı digər məsələlərlə yanaşı, Qarabağla bağlı da m...

Qarabağ münaqişəsi başa çatıb, ona görə diqqəti gələcəyə yönəltmək lazımdır - Ceyhun Bayramov

Qarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir. Kanal8-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun ...