Yanvar 25, 2021

Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNİB

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin müvafiq qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” təsdiq edilib.

Agentlikdən Kanal8-ə bildirilib ki, Qayda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir. Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir.

Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.

Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:

dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi.

Dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti (ailə həkimi, sahə-terapevti, sahə pediatrı) tərəfindən verilir. Dar ixtisaslı həkim də öz növbəsində tibbi göstəriş olduğu hallarda, digər dar ixtisaslı həkim müayinəsinə və yardımçı-diaqnostik müayinələrin aparılması üçün sığortaolunana göndəriş vərəqəsi verə bilər. Vərəqəyə ambulator kitabçadan çıxarış, aparılmış müayinələrin nəticələri, zəruri hallarda digər tibbi sənədlər əlavə olunur.

Stasionar tibbi xidmətin göstərilməsi üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti və dar ixtisaslı həkim tərəfindən verilir. Stasionar tibbi xidmətlərin göstərilməsi dövlət tibb müəssisələrində mümkün olmadığı təqdirsə isə Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.

Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.


Digər xəbərlər


Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib

İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək. Şuradan Kanal8-...

Azərbaycanda bir sıra cərimələr artırılır

Kanal8-in məlumatına görə, bununla bağlı İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir. Dəyişikliklərə əsasən,...

Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan A...

Sabahın hava proqnozu açıqlanıb

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilə...

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Kanal8-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vits...

Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların...

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”. Kanal8 xəbər verir ki, bunu Əmək və Əhalini...

Ukraynadan quşçuluq məhsullarının idxalına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərind...