Yanvar 25, 2021

Xəzərdə suyun enməsi daha da intensivləşib

Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır.

Kanal8 xəbər verir ki, bu barədə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirib.

O, qeyd edib ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2-4 metr çəkilib, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha çoxdur. Xəzərin Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq, bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi özünü daha şiddətli büruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmayıb. Onsuz da az yağıntılı Xəzər regionunda yağışların miqdarının bir az da azalması dəniz suyunun azalmasında öz rolunu oynayıb.

M.İsmayılovun sözlərinə görə, su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin büruzə verəcək.


Digər xəbərlər


Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib

İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək. Şuradan Kanal8-...

Azərbaycanda bir sıra cərimələr artırılır

Kanal8-in məlumatına görə, bununla bağlı İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir. Dəyişikliklərə əsasən,...

Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan A...

Sabahın hava proqnozu açıqlanıb

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilə...

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Kanal8-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vits...

Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların...

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”. Kanal8 xəbər verir ki, bunu Əmək və Əhalini...

Ukraynadan quşçuluq məhsullarının idxalına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərind...