Yanvar 26, 2021

Azərbaycana yeni mina təmizləmə maşınları gətirilir

Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək.

Kanal8 xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mühəndis Qoşunları İdarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə 135,5 kilometrdən artıq yolun bərpası işləri aparılıb, 80 kilometrdən çox yeni yollar çəkilib.

«Bu yolların çəkilməsi, ərazilərin təmizlənməsi zamanı 1453 ədəd tank əleyhinə, 5420 ədəd piyada əleyhinə, 17 min 500-dən çox müxtəlif çaplı hərbi sursat zərərsizləşdirilib».

Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın əmrinə əsasən işlərin sürətləndirilməsi, görülən işlərin effektivliyinin artırılması məqsədilə müasir mina təmizləmə maşınları alınıb və yaxın günlərdə Azərbaycana gətirilməsi gözlənilir.

O əlavə edib ki, mina təmizləmə cihazlarının bir hissəsi alınaraq, bölmələrimizin istifadəsinə verilib.


Digər xəbərlər


Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib. Kanal8 xəbər ve...

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölüm olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ya...

Bakıda “Yüngül cinayətlər” restoranı cərimələndi — TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keç...

Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil — Ərdoğan

Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqının (Aİ) güc mərkəzi olmaq hədəfinə çatması mümkün deyil. Kanal8-in məlumatına görə, bunu T...

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səf...

«Buta Airways» Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın «Buta Airways» aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. “Buta Ai...

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır. Əmək və Əhalinin Sosi...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Kanal8-ə daxil olan müraciətdə deyilir: ...