Yanvar 26, 2021

Baş Prokurorluqdan açıqlama

Bəzi kütləvi informasiya vasitələrində Novruzov Vəli Şirməmməd oğlunun “MTK-REAL” Mənzil tikinti kooperativinin (MTK) vəzifəli şəxslərinin dələduzluğu nəticəsində həmin MTK-dan oğulları Elnur və Elvin Novruzovların, habelə qohumu Gəncəli İsmayılovun adına aldığı 3 mənzilə və 2 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının pozulması və bu barədə prokurorluq orqanlarının əməkdaşları tərəfindən guya onun müraciətlərinə obyektiv baxılmaması barədə informasiyalar yayılıb.

Kanal8-in xəbərinə görə, Baş Prokurorluq açıqlama yayaraq həmin məlumatları təkzib edib.

Açıqlamada deyilir:

«Belə ki, “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin inşa edilmiş binada olan eyni mənzili ayrı-ayrı vətəndaşlara qanunsuz satmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq və vəzifə saxtakarlığı kimi cinayət əməllərini törətdikləri üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, cinayət işi baxılması üçün ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə həmin şəxslər təqsirli bilinərək məhkum ediliblər.

​Qeyd olunan cinayət işinin istintaqı üzrə Vəli Novruzovun “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən pul vəsaitinin ələ keçirilməsinə dair şikayəti ilə bağlı aparılmış araşdırma zamanı həmin Kooperativlə bağlanmış müqavilələrə əsasən 3 mənzil və 2 qeyri-yaşayış sahəsinin onun 2 oğlu və qohumunun adına rəsmiləşdirilməsi təsdiqini tapıb.

Eyni zamanda, “MTK-REAL” Mənzil tikinti kooperativinin verdiyi iddialar üzrə rayon məhkəmələrinin müvafiq qətnamələri ilə Kooperativlə cavabdeh Gəncəli İsmayılov arasında bağlanmış mənzil alqı-satqısına dair müqavilə ləğv edilib.

Beləliklə,Vəli Novruzovun müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və bununla bağlı işlərə artıq mülki qaydada müvafiq məhkəmələrdə baxıldığından 5 fevral 2019-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu xüsusatlar üzrə aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunub və həmin qərarın surəti rəsmi qaydada şikayətçiyə göndərilməklə, cinayət-prosessual qanumbericiliyin tələblərinə əsasən həmin qərardan müvafiq qaydada şikayət etmək hüquqları izah edilib».


Digər xəbərlər


Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqə...

Toya gələnlərdən COVID pasportu tələb olunacaq

50-dən 150-dək şəxsin iştirak etdiyi toy mərasimlərində iştirakçılardan COVID pasportu tələb olunacaq. Kanal8-in məlumatına görə, bu barədə Na...

Toyda iştirak edəcək qonaqların sayı «icaze.e-gov.az” portalına daxil ediləcək

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan iş...

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində kor...

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə məktub göndərib. Məktubda deyilir: «Hö...

SON DƏQİQƏ! Azərbaycanda İyulun 1-dən toy və nişanlara icazə verilib

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qə...

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb - Sənədlər Baş Prokurorluğa göndərilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət...

Bakıda 13 erməni terrorçunun məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepany...