Yanvar 26, 2021

Pensiyaçılara ŞAD XƏBƏR: Fevral ayının pensiyasını artımla birlikdə alacaqsınız

Hesab edirəm ki, hər il olduğu kimi, bu il də bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində pensiyaçıların pensiyaları indeksləşdiriləcək. Fevralın ödənişi aparılan zaman pensiyaçılar fevral ayının pensiyasını həm də yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, inbdeksləşdirmə yanvarın 1-dən hesablanacağı üçün artım da yanvarın 1-dən hesablanacaq. O, yanvar artımlarının fevral ayının pensiyası ilə birlikdə bank hesablarına köçürüləcəyini açıqlayıb:

«Hər il pensiyaların sığorta hissəsi ötən ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq, indeksləşdirilir. 2020-ci ildə 2019-cu ilin yekununa əsasən, indeksləşdirmə 16,6 faiz olub. Pensiya kapitalı isə ötən ilin inflyasiya faizinə uyğun olaraq, indeksləşdirilir. Bu il də indeksasiya olunacaq, yaxın günlərdə indeksasiya qiymətləri ilə bağlı cəmiyyətə açıqlama veriləcək”.


Digər xəbərlər


Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil ...

İyunun 23-ü bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

İyunun 23-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial ...

Xaricdən məhsul sifariş verənlərin nəzərinə: Bağlamaların bəyan edilməsi artıq daha asan olub

2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan “Smart Customs” tətbiqi öz fəaliyyəti...

Pensiyalar bu tarixə qədər tam ödəniləcək

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçıların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...

Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,95% artıb. Kanal...

Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA — VİDEO

Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlə...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...