Yanvar 27, 2021

Ceyhun Bayramov Fransanın dövlət katibi ilə görüşüb

Yanvarın 26-da Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Kanal8-ə verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə sülh quruculuğu və yeni əməkdaşlıq imkanlarına dair Azərbaycan tərəfinin baxışları barədə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.


Digər xəbərlər


Sabah Milli Məclisin iclası keçiriləcək

Sabah Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək. Kanal8 xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Bunlar aşağıda...

Ceyhun Bayramov Bosniya və Herseqovinanın Xalqlar Palatasının spikeri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının spikeri Ba...

“Sərhəd gərginliyinin Qarabağa aidiyyatı yoxdur” — Lavrov

Qarabağda Rusiya sülhməramlıların yerləşdiy ərazilərdə heç bir böyük insident baş verməyib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov d...

“Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləyə bilərik” — Çavuşoğlu

“Türkiyə və Fransa Cənubi Qafqazda Azərbaycan və Ermənistanın rifanını təmin edəcək davamlı sülhü birlikdə dəstəkləyə bilər”. Kanal8 xəbər ver...

Ağ ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ prezidenti Cozef Baydenlə görüşəcək. Tərəflər ikitərəfli və regional məsələ...

Çavuşoğlu NATO XİN rəhbərlərinin toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN rəhbərlərinin toplantısında iştirak edəcək. Kanal8 xəbər verir ki, bu barədə Türkiyə ...

Ərdoğanın Şuşa səfərinin tarixi AÇIQLANIB

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iyunun 15-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiyanın “RİA Novosti” agentliyi öz mənbələrinə isti...

Ceyhun Bayramov Vyanada sərhəddəki insidentdən DANIŞIB

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı Ermənistanın isterik davranışları anlaşılan deyil. Azərbaycan hərbçiləri Ermənistan əra...