Yanvar 27, 2021

“Qaçqınkom”un bu şöbələri LƏĞV EDİLİB

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb.

Kanal8 xəbər verir ki, «Hüquq” və «İnsan resursları” sektorları ləğv edilərək, onların bazasında «Hüquq və kadrlar” şöbəsi yaradılıb. «Miqrasiya, məşğulluq və status” şöbəsi «Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib, həmçinin ayrıca «Məşğulluq sektoru” yaradılıb. «İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə” şöbəsinin «İnformasiya texnologiyaları” və «Elektron idarəetmə” sektorları birləşdirilib. «Sosial təminat və kommunal xidmətlər” şöbəsinin tərkibindəki «Sosial təminat və kommunal xidmətlər” sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni – «Monitorinq” şöbəsi yaradılıb.

Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 noyabr tarixli 652s nömrəli Sərəncamı əsasında Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb.


Digər xəbərlər


Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib. Kanal8 xəbər ve...

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölüm olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ya...

Bakıda “Yüngül cinayətlər” restoranı cərimələndi — TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keç...

Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil — Ərdoğan

Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqının (Aİ) güc mərkəzi olmaq hədəfinə çatması mümkün deyil. Kanal8-in məlumatına görə, bunu T...

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səf...

«Buta Airways» Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın «Buta Airways» aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. “Buta Ai...

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır. Əmək və Əhalinin Sosi...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Kanal8-ə daxil olan müraciətdə deyilir: ...