Yanvar 29, 2021

TAP-ın nəqletmə gücünün ikiqat artırılması ilə bağlı qərar açıqlanacaq

Trans Adriatik Boru Kəmərinin (TAP) tutumunun ikiqat artırılması ilə bağlı bazar testlərinin son nəticələri oktyabr ayında məlum olacaq.

Bunu TAP-ın İcraçı direktoru Luka Skyeppati Neft və Qaz Şuraşının təşkilatçılığı ilə keçirilən Avropa Qaz Virtual (EGV) rəqəmsal konfrans zamanı açıqlayıb.

Onun sözlərinə görə, iyul ayında TAP-ın nəqletmə potensialının artırılması ilə bağlı bazar testləri həyata keçirildikdən sonra təkliflər dəyərləndiriləcək və bununla da oktyabr ayında kəmərin tutumunun artırılması və ya sabit saxlanılması ilə bağlı nəticə əldə ediləcək.

Qeyd edək ki, TAP elə layihələnib ki, onun ötürmə gücünü gələcəkdə iki dəfə artırmaq mümkündür. Strateji infrastruktur olan bu layihənin nəqletmə potensialının genişləndirilməsi ilə bağlı təklifləri dəyərləndirmək və qəbul etmək məqsədilə TAP hər iki ildən bir bazar testləri aparacaq. Bu bazar testləri Yunanıstan, Albaniya və İtaliyanın Milli Tənzimləmə Təşkilatları tərəfindən təsdiq edilən qaydalara uyğun şəkildə həyata keçiriləcək. Bununla da maraqlı tərəflər nəql ediləcək mövcud həcmin artırılması ilə bağlı təklif verə biləcəklər.

Trans Adriatik Boru kəməri ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir. TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirəcək.

2018-ci ildə TAP 3,9 milyard avro dəyərində sərmayə cəlb edib və onun maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Avropa İnvestisiya Bankı və 17 kommersiya bankı iştirak edib. Həmçinin, maliyyələşdirmə prosesində bir sıra ixrac kredit agentlikləri də iştirak edib. Boru kəməri vasitəsilə Bolqarıstan qaz tələbatının 30 faiz, Yunanistan qaz tələbatının 20 faiz və İtaliyanın qaza olan tələbatının təxminən 10 faiz təmin ediləcək.

Xatırladaq ki, TAP-da BP 20 faiz, SOCAR 20 faiz, Snam S.p.A 20 faiz, Fluxys 19 faiz, Enagas 16 faiz və Axpo 5 faiz paya sahibdirlər.


Digər xəbərlər


Pensiyalar bu tarixə qədər tam ödəniləcək

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçıların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...

Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,95% artıb. Kanal...

Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA — VİDEO

Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlə...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...

Dünya bazarında neftin qiyməti

Dünya bazarında neft bahalaşıb. Bu barədə RT məlumat yayıb Belə ki, WTI markalı neftin iyul fyuçersləri 0,59 faiz bahalaşıb və bir barelin ...

Azərbaycanda Vətən Müharibəsi qəhrəmanları “sosial ev” ala biləcəklər

Prezident İlham Əliyevin 4 may 2021-ci il tarixli fərmanı ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən...

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Kanal8-in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan ...