Fevral 10, 2021

GUAM PA-ya sədrlik Azərbaycandan Gürcüstana keçib

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib.

Milli Məclisdən Kanal8-ə verilən məlumata görə, iclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev iştirak ediblər.

Tədbirdə GUAM Parlament Assambleyasının komitələrində 2021-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin təsdiqlənməsi, Büronun növbədənkənar iclasının nəticələri, Gürcüstandakı Parlament seçkilərində qurumun müşahidə missiyasının işi, GUAM PA-nın 13-cü iclasının Bəyannamə layihəsi və digər məsələlərə baxılıb.

Müzakirələr zamanı GUAM PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgiy Xelaşvili, Ukrayna nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş, Moldova nümayəndə heyətinin rəhbəri Aleksandru Jizdan gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqlayıblar.

GUAM PA-nın Baş katibi Altay Əfəndiyev əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair öz rəy və təkliflərini diqqətə çatdırıb.

Tədbirdə GUAM Parlament Assambleyasına sədrlik Azərbaycandan Gürcüstana təhvil verilib.


Digər xəbərlər


Lavrovla Çavuşoğlu Əfqanıstandakı vəziyyəti müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Rusiya Xarici İşl...

Baş Prokurorluq: «Bu il Azərbaycanda 33 qadın qəsdən öldürülüb»

Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib. Kanal8 müraciəti təqdim edir: «Qadınlara qarşı psixi və fiziki z...

Bakı-Sumqayıt qatarında yeni hərəkət cədvəli tətbiq edilir

Sabahdan etibarən Bakı-Sumqayıt qatarında yeni hərəkət cədvəli tətbiq ediləcək. Bu barədə Kanal8-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblə...

Ombudsman Ermənistandan olan silahlı qrupun üzvlərinə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexani...

Mayın 3-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən mayın 3-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Kanal8 xəbər verir ki, Nazirlər Kabineti...